Lahiyələrin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssis
Təsvir
Bankın layihələrinin planlaşdırılması, koordinasiyası və icrasına nəzarətdə iştirak etmək; Layihələrin müddət, büdcə, resurs və nəticə göstəricilərini monitorinq etmək; Layihə portfelini və layihə reyestrini aktual saxlamaq; Layihə rəhbərlərindən məlumatları toplamaq və müvafiq hesabatlar hazırlamaq; Layihələr üzrə risk, problem və gecikmələri müəyyənləşdirmək və eskalasiya etmək; Layihə statusları, KPI-lar və rəhbərlik üçün təqdimatlar hazırlamaq; Layihə üzrə işçi görüşləri koordinasiya etmək, gündəliyi və iclas nəticələrini sənədləşdirmək; PMO proseslərinin və layihə idarəetmə metodologiyasının təkmilləşdirilməsi üzrə təkliflər vermək; Layihələr üzrə bütün zəruri sənədlərin PMO standartlarına uyğun hazırlanmasını, sistemləşdirilməsini və arxivləşdirilməsini həyata keçirmək.
Tələblər
- İqtisadiyyat, biznes idarəetməsi, mühəndislik və ya İT üzrə ali təhsil; Bank/maliyyə sektorunda minimum 2 il təcrübə, o cümlədən layihə idarəetməsi/PMO sahəsində; Layihə idarəetmə metodologiyaları (PMBOK, Agile/Scrum) üzrə biliklər; Layihə portfeli, reyestr və sənədləşdirmənin aparılması bacarığı; Müddət, büdcə və risklərin monitorinqi, hesabatlıq və rəhbərlik üçün təqdimat hazırlama bacarığı; MS Project, Jira və ya oxşar alətlərdə işləmə bacarığı; Microsoft Excel və PowerPoint-də yüksək səviyyədə işləmə bacarığı; Güclü ünsiyyət və komandada işləmə bacarığı; İngilis dili biliyi və PMP/Prince2 sertifikatı üstünlükdür.