Layihələr və qrantlar üzrə mütəxəssis
Təsvir
Erasmus+, Horizon Europe və digər beynəlxalq və yerli qrant proqramları üzrə imkanların araşdırılması və monitorinqini həyata keçirmək Qrant proqramlarının tələblərinin, prioritet istiqamətlərinin və müraciət şərtlərinin təhlilini aparmaq Qrant və layihə müraciətlərinin hazırlanmasını, əlaqələndirilməsini və vaxtında təqdim edilməsini təmin etmək Layihə təkliflərinin (proposalların) hazırlanmasında və müvafiq sənədləşmənin aparılmasında iştirak etmək Layihələrin icrasını, fəaliyyət planlarının və müəyyən edilmiş müddətlərin yerinə yetirilməsini koordinasiya və monitorinq etmək Layihə büdcələrinin hazırlanmasında iştirak etmək və büdcə icrasını izləmək Layihə hesabatlarının donor tələblərinə uyğun hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək Donor təşkilatlar, layihə tərəfdaşları və Akademiyanın aidiyyəti struktur bölmələri ilə işgüzar əlaqələrin və məlumat mübadiləsinin təşkilini təmin etmək Layihələrin icrası ilə bağlı sənədlərin, məlumatların və hesabatların sistemləşdirilməsini və düzgün saxlanılmasını təmin etmək Qrant və layihələrin icrası üzrə mövcud riskləri və problemləri müəyyənləşdirmək, onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq Layihələrin nəticələrinin, göstəricilərinin və donor qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsini izləmək Qrant və layihə fəaliyyəti üzrə rəhbərliyə analitik məlumat, arayış və hesabatlar təqdim etmək
Tələblər
- Ali təhsil (Menecment, iqtisadiyyat, statistika, beynəlxalq münasibətlər və ya əlaqəli sahə üzrə) Dil biliyi: Azərbaycan - əla, ingilis dili - əla, rus - orta Erasmus+, Horizon Europe və digər beynəlxalq qrant və maliyyələşdirmə proqramlarında işləmək bacarığı Dünya Bankı, Avropa İttifaqı, Erasmus+, Horizon Europe, UNDP və digər donor təşkilatların qrant imkanları və əsas tələblərini bilmək Qrant müsabiqələrinin və layihə çağırışlarının təhlili və qiymətləndirilməsi prinsiplərini bilmək Layihə təkliflərinin hazırlanması və təqdim edilməsi qaydalarını, layihələrin planlaşdırılması, idarə olunması, monitorinqi və qiymətləndirilməsi prinsiplərini bilmək Layihə büdcələrinin hazırlanması və maliyyə vəsaitlərinin idarə olunması prinsiplərini, layihə tərəfdaşları və donor təşkilatlarla işgüzar yazışma və kommunikasiya qaydalarını bilmək Donor təşkilatların hesabatlılıq və sənədləşmə tələblərini bilmək Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarını bilmək MS Office proqramlarını, xüsusilə Word, Excel, PowerPoint və Outlook proqramlarınında işləmək bacarığı