Model riskləri üzrə Kiçik mütəxəssis
Təsvir
Əsas vəzifə öhdəlikləri: Model risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının təmin edilməsi məqsədilə Model Risklərinin İdarəedilməsi Çərçivəsinin, siyasətlərin, metodologiyaların, standartların və prosedurların tətbiqinə və saxlanılmasına dəstək göstərmək; Model həyat dövrü fəaliyyətlərinin Bankın daxili tələblərinə, tənzimləyici gözləntilərə və Qrup üzrə müəyyən edilmiş tələblərə uyğun həyata keçirilməsini təmin etmək; Modellərin effektivliyini qiymətləndirmək və onların həyat dövrü ərzində mütəmadi model risk qiymətləndirmələrini həyata keçirmək; Bankın model inventarını idarə etmək, model məlumatlarının tamlığını və düzgünlüyünü təmin etmək; Yuxarı Rəhbərlik və müvafiq idarəetmə orqanları üçün dövri model risk hesabatlarının hazırlanmasını təmin etmək; Model üzrə müəyyən edilmiş tapıntıların, məhdudiyyətlərin və onların aradan qaldırılması üzrə tədbirlərin mərkəzləşdirilmiş reysterini aparmaq; Model risklərinin azaldılması planlarının icrasını izləmək və zəruri hallarda gecikmələri müvafiq qaydada eskalasiya etmək; Aşkar edilmiş problemlərin və model risklərinin vaxtında aradan qaldırılmasını və müvafiq mitiqasiya tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə model sahibləri və digər aidiyyəti tərəflərlə koordinasiyanı həyata keçirmək; Model sahibləri, model tərtibatçıları, biznes bölmələri və digər aidiyyəti tərəflərlə əməkdaşlıq edərək model risklərinin idarə edilməsi prinsipləri üzrə məlumatlılığın artırılmasına dəstək göstərmək; Tənzimləyici yoxlamalar və daxili audit prosesləri çərçivəsində model risklərinin idarəedilməsi ilə bağlı tələb olunan məlumat, sənədləşmə və hesabatların təqdim edilməsini təmin etmək və müvafiq proseslərə dəstək göstərmək; Model riskləri, risklərin idarəedilməsi üzrə bilikləri davamlı inkişaf etdirmək; Şəxsi keyfiyyətlərini inkişaf etdirmək üçün davamlı olaraq öyrənmə proqramlarında iştirak etməkBirbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
- Tələb olunan bilik, bacarıq və təcrübə Təhsil: İqtisadiyyat, Maliyyə və Risklərin İdarəedilməsi, Tətbiqi riyaziyyat, Statistika və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi; İş təcrübəsi: Risklərin idarə edilməsi, model validasiyası, model risklərinin idarə edilməsi, kəmiyyət analizi, data analizi, maliyyə modelləşdirməsi və ya əlaqəli sahələrdə 1-2 il iş təcrübəsi; Modelin həyat dövrü, o cümlədən modelin hazırlanması, tətbiqi, monitorinqi, dəyişikliklərin idarə edilməsi və istifadədən çıxarılması prosesləri üzrə anlayış; Modellər və onlarla əlaqəli risklər, o cümlədən kredit riski, bazar riski və əməliyyat riskləri üzrə anlayış; Basel, SR 11-7, ECB, EBA və digər müvafiq tənzimləyici sənədlər və təlimatlar üzrə biliklər; Statistik və risk modelləşdirmənin əsas konsepsiyaları üzrə anlayış; Müxtəlif səviyyələrdə aidiyyəti tərəflərlə effektiv əməkdaşlıq etmək üçün güclü yazılı və şifahi kommunikasiya bacarıqları; Model risklərini müəyyənləşdirmək və qiymətləndirmək üçün güclü analitik düşünmə və təhlil bacarıqları; Lisenziya/ Sertifikat: FRM 1, Risk & Aİ və ya digər müvafiq peşəkar sertifikatların olması üstünlük hesab olunur; Xarici dil: İngilis dili (səlis).