Ofisiant (Qarson)
Əsas öhdəliklər:
• Qonaqların qarşılanması və yüksək xidmət standartlarına uyğun xidmət göstərilməsi;
• Sifarişlərin düzgün və operativ şəkildə qəbul edilməsi;
• Sifarişlərin mətbəx və bar komandalarına düzgün ötürülməsi;
• Yemək və içkilərin təqdimat standartlarına uyğun servis edilməsi;
• Menyu haqqında qonaqlara ətraflı məlumat verilməsi və seçim zamanı dəstək göstərilməsi;
• Müştəri məmnuniyyətinin təmin edilməsi;
• Masa və xidmət sahəsinin səliqəli saxlanılması;
• Şirkətin xidmət və davranış standartlarına riayət edilməsi.
• Kvalifikasiya tələbləri:
• Təhsil: Orta, orta ixtisas və ya ali təhsil;
• Restoran və xidmət sahəsində iş təcrübəsinə üstünlük verilir;
• Lounge və restoran konseptində iş təcrübəsi arzuolunandır.
Tələb olunan bilik və bacarıqlar:
• Yüksək ünsiyyət və xidmət bacarığı;
• Müştəriyönümlü yanaşma;
• Komandada işləmək bacarığı;
• Operativlik və yüksək iş tempinə uyğunlaşmaq bacarığı;
• Məsuliyyətlilik, səliqəlilik və intizamlılıq;
• Etik davranış və düzgün ünsiyyət bacarığı.
Təklif edirik:
• Əmək haqqı: 450 AZN + servis haqqı;
• İstirahət: Həftədə 1 gün;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Rəsmi əmək müqaviləsi;
• Stabil və peşəkar iş mühiti;
• Karyera və peşəkar inkişaf imkanı.
İş yeri: Bakı şəhəri, Elmlər Akademiyası ərazisi.
Tələblərə cavab verən namizədlər CV-lərini və ya özləri haqqında qısa məlumatı “Ofisiant” başlığı ilə 070 751 51 80 / 050 574 41 92 nömrələrinə WhatsApp vasitəsilə göndərə bilərlər.