Planlama üzrə mütəxəssis
Təsvir
Şirkət: “Zəfər Bağları” MMC Vakansiya: Planlama üzrə mütəxəssis Namizədə dair tələblər: Texniki bacarıqlar · Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və ya İngilis dili (yaxşı) · MS Excel və planlama proqramlarının birində işləmək bacarığı (MS Project, Primavera, ERP sistemləri) · Strateji və əməliyyat planlaması bacarığı Yumşaq bacarıqlar · Güclü analitik düşüncə, planlama və problem həll etmə bacarığı · Detallara diqqət və komandada işləmə bacarığı. · Yaxşı kommunikasiya və təqdimat bacarıqları · Operativ və nəticəyönümlü olmalı Xüsusi tələblər: · Ali təhsil (İqtisadiyyat, Kənd təsərrüfatının idarəolunması, Biznesin idarə olunması, Menecment və ya uyğun ixtisas üzrə) · İş təcrübəsi: Planlama və ya layihə idarəçiliyi sahəsində minimum 2 il iş təcrübəsi · Vaxtın idarə olunması, risk analizi, resurs bölgüsü kimi konseptləri bilməli Əsas vəzifə öhdəlikləri: · Qısa və uzunmüddətli planlama proseslərinin hazırlanması və optimallaşdırılması · Layihə və əməliyyat planlarının hazırlanmasında iştirak · Resursların düzgün bölgüsü üçün planlaşdırma strategiyalarının tətbiqi · Aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması · Risklərin və potensial gecikmələrin əvvəlcədən müəyyən edilməsi və həll yollarının təklif olunması · Müxtəlif şöbələrlə koordinasiyanın təmin olunması · Planlama proqramları vasitəsilə məlumatların analizi və planlaşdırılması İş şərtləri: · İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə) · Nahar şirkət tərəfindən təmin edilir · Ağdam rayonunda yaşayış yeri ilə təmin edilir · İş yeri: Ağdam şəhəri · Əmək haqqı ştat cədvəlinə uyğun olaraq