Qlobal media və ictimaiyyətlə əlaqələr üzrə ekspert
Təsvir
Beynəlxalq İKT ixrac potensialını və ölkənin qlobal texnoloji mövqeyini gücləndirməyə yönəlmiş beynəlxalq media ilə əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi; Agentliyin beynəlxalq PR siyasətinin innovasiya ekosisteminin təşviqi və rəqəmsal ixrac hədəflərinə uyğunlaşdırılması; Beynəlxalq texnologiya, B2B biznes və investisiya yönümlü media nümayəndələri , jurnalistlər və aparıcı media qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi; Beynəlxalq jurnalistlərin qurum, Azərbaycanın rəqəmsal tranzit potensialı, yerli startap ekosistemi və qlobal səviyyəli İKT layihələri barədə məlumatlandırılması və onlarla daimi ünsiyyətin saxlanılması; İngilis və digər xarici dillərdə xarici auditoriya (investorlar, texnoloji tərəfdaşlar, qlobal istehlakçılar) üçün press-relizlərin, məqalələrin, "case study"-lərin və çıxış nitqlərinin hazırlanması; Agentliyin beynəlxalq media üçün nəzərdə tutulan mesajlarının, xüsusilə İKT ixracı və rəqəmsal transformasiya ilə bağlı məlumatların dəqiq və strateji şəkildə çatdırılmasına nəzarət edilməsi; Beynəlxalq səviyyədə böhran vəziyyətlərində kommunikasiya planlarının hazırlanması və həyata keçirilməsi; Xarici media ilə böhran dövründə düzgün və effektiv ünsiyyətin qurulmasının təmin edilməsi; Beynəlxalq media nəşrlərinin və onlayn platformalarda ölkənin İKT sektoru və qurum haqqında yayımlanan məlumatların monitorinqi; Xarici PR agentlikləri və ixtisaslaşmış texnoloji media qurumları ilə əməkdaşlıq strategiyalarının hazırlanması və idarə edilməsi; Beynəlxalq media agentlikləri ilə müqavilələrin bağlanması və tərəfdaşlıq əlaqələrinin idarə olunması.
Tələblər
- Jurnalistika, ictimaiyyətlə əlaqələr, media, beynəlxalq əlaqələr və ya əlaqəli sahə üzrə minimum 5 il iş stajı; Texnologiya, İKT, rəqəmsal inkişaf və ya startap ekosistemi sahələrində beynəlxalq PR təcrübəsinin olması ciddi üstünlükdür; Qlobal media mühiti, beynəlxalq KİV strukturları və texnoloji/biznes kommunikasiya metodları haqqında geniş biliklərə sahib olması; Beynəlxalq təşkilatlar, qlobal texnologiya korporasiyaları və ya İKT yönümlü dövlət/özəl qurumlarda PR sahəsində təcrübə üstünlükdür; Mürəkkəb texnoloji və innovativ həlləri xarici hədəf auditoriya və investorlar üçün anlaşıqlı və cəlbedici məzmunlara çevirmək bacarığı; Azərbaycan dili – sərbəst yazı və ünsiyyət bacarığı üstünlükdür, İngilis dili biliyi – mükəmməl yazılı və şifahi səviyyədə, Rus dili - yaxşı yazılı və şifahi səviyyədə biliyə sahib olması; Qlobal media qurumları (xüsusilə biznes və texnologiya mediası) və beynəlxalq jurnalistlər ilə iş təcrübəsi; Effektiv ünsiyyət bacarıqları, Kreativ və analitik düşüncə; Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı; Konfliktlərin idarəolunması və böhran idarəetmə bacarığı; Komandayönümlülük və tərəfdaşlıq; Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət.