?
Risklərin İdarə Edilməsi Departamentinin Baş mütəxəssisi
Təsvir
Müəssisənin fəaliyyətində mövcud və potensial risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqinin həyata keçirilməsi; Risklərin idarə olunması üzrə hesabatların hazırlanması, təhlillərin aparılması və rəhbərliyə təqdim edilməsi; Risklərin azaldılması məqsədilə nəzarət mexanizmləri və tədbirlər üzrə təkliflərin hazırlanması; Biznes və struktur bölmələri ilə əməkdaşlıq edərək risklərin idarə olunması proseslərinin təkmilləşdirilməsinə dəstək göstərilməsi; Risklərin idarə olunması üzrə daxili siyasət, prosedur və metodologiyaların tətbiqində iştirak edilməsi; Risk mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində maarifləndirici fəaliyyətlərə dəstək göstərilməsi.
Tələblər
- Maliyyə, iqtisadiyyat, hüquq və ya digər əlaqəli ixtisas üzrə bakalavr təhsili; Risklərin idarə edilməsi, bankçılıq, audit və ya daxili nəzarət sahəsində 2-3 il iş təcrübəsi; Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ-hüquqi aktları, risklərin idarə edilməsi prinsipləri və beynəlxalq təcrübə üzrə biliklər; MS Office proqramlarında, xüsusilə Microsoft Excel üzrə sərbəst işləmək bacarığı; Analitik düşünmə, problemlərin həlli və qərarvermə bacarıqları; Yazılı və şifahi ünsiyyət, təqdimat və struktur bölmələri ilə effektiv qarşılıqlı fəaliyyət bacarığı.