Vakansiyalar
XB

Risklərin İdarə edilməsi İdarəsinin Komplayens risklərinin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi

Xalq Bank

Təsvir

Bankdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunu qiymətləndirilmək; Bankın məhsul, xidmətlərinin eləcə də bankdaxili prosedur və qaydaların, biznes proseslərin ölkədaxili qayda və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy vermək və komplayens riskini ölçüb bildirmək; Bankın müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək; Daxil olmuş komplayens tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət; ƏL/TMM sahəsi üzrə və FATCA-nı Bankda tətbiq etmək məqsədilə bankdaxili qaydaların və prosedurların hazırlanmasını və bu sahədə Bankın strukturlarının müvafiq əməkdaşlarının təlimini təşkil etmək; Bankın strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması.

Tələblər

  • Tam ali hüquqi və ya iqtisadi təhsil; Komandada işləmək bacarığı; Məsuliyyətli, düzgün və etibarlı olmalı; Xarici dil – ingilis dili əla səviyyədə; MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı; Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı; Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli; 1 il bank təcrübəsinin olması (komplayens, korporativ hüquq və ya audit sahələrində iş təcrübəsi üstünlük təşkil edir) üstünlük təşkil edir. Lisenziya/Sertifikat: komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür.
Geri
XB
Risklərin İdarə edilməsi İdarəsinin Komplayens risklərinin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi
Xalq Bank
Müraciət et
Elan tarixi: 13 avqust 2026
Son müraciət: 13 sentyabr 2026
Şirkət Xalq Bank
Ölkə Azərbaycan
Şəhər Bakı
İş növü Tam ştat
Təcrübə 1-2 il
Səviyyə Mütəxəssis
Mənbə ID 93096
Baxış 111

Detail.Share