Vakansiyalar
LE

Rus dili departamentinin rəhbəri (Simurq Liseyi)

Landau Education Group

Təsvir

İllik və təqvim-tematik planları hazırlamaq və bütün korpuslarda tətbiqini təmin etmək. Tədris prosesinin vahid standartlara uyğun icrasına nəzarət etmək. Müəllimlərin dərslərini müşahidə etmək, qiymətləndirmək və inkişaf planı hazırlamaq. Təlim, kouçinq və metodiki dəstək göstərmək. Liseyə qəbul və semestr imtahanları üçün vahid sual bazası hazırlamaq və moderasiya etmək. Kurikulum, resurs və qiymətləndirmə materiallarını hazırlamaq və yeniləmək. Tədris nəticələrini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək. Digər korpuslar arasında akademik koordinasiyanı təmin etmək. Vahid standartların tətbiqinə nəzarət. Hazırlanan imtahan materiallarının keyfiyyəti və məxfiliyi. Müəllim inkişafı üzrə planların icrası. Hesabatların düzgünlüyü və vaxtında təqdim edilməsi Tədris prosesi ilə bağlı metodiki göstərişlər vermək. Müəllimlər üçün inkişaf tədbirləri təklif etmək. Tədris materialları və qiymətləndirmə meyarlarını təsdiq üçün təqdim etmək. Akademik keyfiyyətlə bağlı rəhbərliyə təkliflər vermək.

Tələblər

  • Müvafiq ixtisas üzrə ali təhsil (magistr üstünlükdür). Müvafiq fənn üzrə minimum 5 il müəllimlik təcrübəsi. Metodika, kurikulum və qiymətləndirmə üzrə yüksək bilik. Liderlik, təqdimat və mentorluq bacarıqları. MS Office və rəqəmsal tədris platformaları ilə işləmək bacarığı. Biz nə təklif edirik: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; 5 günlük iş həftəsi; Övladların təhsil haqqına güzəşt; Peşəkar inkişaf imkanları. Qeyd: Yalnız müsahibə üçün seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Geri