Sənədlərə nəzarət üzrə mütəxəssis
Təsvir
Akademiyanın fəaliyyətləri üzrə sənədlərin idarə edilməsini və nəzarətini həyata keçirmək Sənədlərin müəyyən edilmiş struktur, format və təsdiq prosedurlarına uyğunluğunu yoxlamaq Sənədlərin hazırlanması, nəzərdən keçirilməsi, təsdiqi, yenilənməsi və yayılmasını koordinasiya etmək Sənədlərin aktual versiyalarının istifadəsinə nəzarət etmək və köhnəlmiş versiyaların dövriyyədən çıxarılmasını təmin etmək Sənədlərin reyestrini və dəyişiklik tarixçəsini (Revision History) aparmaq və aktual saxlamaq Elektron və kağız daşıyıcılarda sənədlərin düzgün saxlanılmasını və əlçatanlığını təmin etmək Sənədlərin müəyyən edilmiş qaydalara uyğun arxivləşdirilməsini təmin etmək Aidiyyəti struktur bölmələrdən sənədlərin vaxtında təqdim edilməsini və yenilənməsini izləmək Xarici və daxili auditlər zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsinə dəstək vermək Sənədlərin ICAO, EASA, Azərbaycan Respublikasının müvafiq normativ tələblərinə və təşkilatın daxili prosedurlarına uyğunluğunun təmin edilməsində iştirak etmək Sənədlərin idarə edilməsi ilə bağlı hesabat və statistik məlumatları hazırlamaq
Tələblər
- Ali təhsil (aviasiya, idarəetmə, sənədləşmə, hüquq, mühəndislik və ya əlaqəli sahələr üzrə) Sənədlərin idarə edilməsi və nəzarəti prinsiplərini bilmək ICAO, EASA və Azərbaycan Respublikasının aviasiya sahəsində əsas normativ tələblərini bilmək Sənədlərin versiyalaşdırılması, dəyişikliklərin idarə edilməsi və arxivləşdirilməsi prinsiplərini bilmək Keyfiyyət idarəetməsi və Compliance Monitoring üzrə əsas prinsipləri bilmək Elektron sənəd idarəetmə sistemləri və MS Office proqramları ilə işləmək bacarığı Sənədlərlə işləmək və məlumatları düzgün strukturlaşdırmaq bacarığı Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı