Süni İntellekt üzrə Aparıcı Mühəndis (LLM / NLP)
Təsvir
Biznes ehtiyaclarına uyğun süni intellekt və maşın öyrənməsi həllərinin hazırlanması; Mətn və digər strukturlaşdırılmamış verilənlərin emalı və təhlili; LLM (Large Language Models) əsaslı həllərin hazırlanması və mövcud sistemlərə inteqrasiyası; Verilənlər toplusunun (dataset-lərin) hazırlanması, təmizlənməsi və modelləşdirmə üçün uyğunlaşdırılması; Modellərin test edilməsi, nəticələrinin qiymətləndirilməsi və optimallaşdırılması; Süni intellekt modellərinin REST API və mikroservislər vasitəsilə tətbiqlərə inteqrasiyası; Hazırlanmış həllərin performansının, dəqiqliyinin və etibarlılığının monitorinqi və təkmilləşdirilməsi; Texniki sənədləşmənin hazırlanması və kod keyfiyyəti standartlarına riayət olunması; Süni intellekt sahəsində yeni texnologiyaların və yanaşmaların araşdırılması və tətbiqi.
Tələblər
- Ali təhsil (Kompüter mühəndisliyi, kompüter elmləri, tətbiqi riyaziyyat və ya digər əlaqəli ixtisaslar üzrə); Süni intellekt, maşın öyrənməsi, verilənlər elmi və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi; Python proqramlaşdırma dilini yüksək səviyyədə bilmək; NLP (Natural Language Processing) və mətn emalı üzrə praktiki təcrübə; LLM modellərinin fine-tuning , LoRA və quantization metodları üzrə təcrübə; Vektor verilənlər bazaları (Vector Databases) ilə işləmək bacarığı; Açıq mənbəli LLM və NLP modelləri ilə iş təcrübəsi; Mətn və səs verilənlərinin emalı prinsipləri üzrə bilik və ya praktiki təcrübə; PyTorch , TensorFlow və ya oxşar maşın öyrənməsi framework-lərindən ən azı biri ilə iş təcrübəsi; Hugging Face Transformers , spaCy və ya oxşar kitabxanalarla işləmək bacarığı; LLM , Prompt Engineering , Embeddings və RAG (Retrieval-Augmented Generation) yanaşmaları üzrə bilik; REST API-lər və mikroservis arxitekturası ilə iş təcrübəsi; SQL və verilənlər bazaları ilə işləmək bacarığı; Maşın öyrənməsi modellərinin qiymətləndirilməsi metodları və metrikləri üzrə bilik; İngilis və ya rus dilini yaxşı səviyyədə bilmək.