Vakansiyalar
"H

Tələblər üzrə aparıcı analitik / Senior Demand Analyst / Revenue Management Department

"Azərbaycan Hava Yolları" QSC

Təsvir

Gəlir Optimallaşdırması: Aylıq gəlir hədəflərinə nail olmaq və şəbəkə üzrə gəlirləri maksimumlaşdırmaq üçün dəqiq tələb proqnozlaşdırmaları və strateji gəlir idarəetmə üsullarını tətbiq etmək; Dəqiq Proqnozlaşdırma: Pik dövrlər və xüsusi tədbirlər zamanı, xüsusilə sinif, uçuş vaxtı, həftənin günü, başlanğıc və təyinat nöqtəsi üzrə çoxölçülü səviyyədə tələbi dəqiq proqnozlaşdırmaq; Pik İdarəetmə: Pik dövrlər və xüsusi hadisələr zamanı tələb dəyişikliklərindən maksimum gəlir əldə etmək üçün effektiv strategiyalar hazırlamaq və tətbiq etmək; Rəqabət Analizi: Rəqib qiymətləri və bazar meyllərini izləyərək imkanları və riskləri müəyyən etmək, zərurət olduqda strategiyaları yeniləmək; Performans Analizi və Məlumat-əsaslı Tənzimləmələr: Gəlir göstəricilərini izləmək, mütəmadi performans təhlilləri aparmaq və gəlirlərin artırılması üçün məlumatlara əsaslanan tövsiyələr hazırlamaq. Tələb trendlərini təkmilləşdirmək, sistem nəticələrini təsdiqləmək və şəbəkə optimizasiyasını dəstəkləmək üçün dəqiq O&D (Origin & Destination) məlumatlarını təmin etmək; Əməkdaşlıq: Qiymət və gəlir strategiyalarının ümumi biznes məqsədlərinə uyğun olmasını təmin etmək üçün Şəbəkə Planlaşdırması, Alyans, Satış, E-kommersiya, Marketinq və Loyallıq proqramı komandaları ilə sıx əməkdaşlıq etmək; Sistemlər və Alətlər: Gəlirlərin optimallaşdırılması və məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək üçün gəlir idarəetmə proqramları və alətlərindən effektiv istifadə etmək; Davamlı İnkişaf: Gəlirlərin artırılmasına yönəlmiş proses təkmilləşdirmələrini müəyyənləşdirmək və həyata keçirmək; Layihələrdə İştirak: Gəlir idarəetmə layihələrində tələb strategiyaları üzrə ekspert dəstəyi göstərmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali Revenue management sahəsində minimum 2-3 il iş təcrübəsi; Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; Təqdimat bacarıqlar; Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı; Danışıqların aparılması bacarığı; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Dəyişikliklərə uyğunlaşmaq bacarığı; Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə); Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta). İş qrafiki: Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət) İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Geri