Vakansiyalar
AS

Tərəzi operatoru (Ağdaş)

Agrotrade Supply MMC

Təsvir

Daxil olan və xaric olan nəqliyyat vasitələrinin (yük maşınları, vaqonlar və s.) boş və dolu vəziyyətdə çəkilməsi. Materialların və xammalın dəqiq çəki göstəricilərinin avtomatlaşdırılmış sistemdə qeydə alınması. Çəki qəbzlərinin, qaimələrin və təhvil-təslim aktlarının tərtib edilməsi. Çəki məlumatlarının vaxtında və xətasız şəkildə müəssisənin idarəetmə proqramlarına ( 1C , ERP və ya xüsusi tərəzi proqramı) daxil edilməsi. Günlük, həftəlik və ya aylıq çəki hesabatlarının hazırlanaraq rəhbərliyə və mühasibatlığa təqdim olunması. Məhsulun faktiki çəkisi ilə müşayiətedici sənədlərdəki göstəricilər arasında fərq yarandıqda dərhal cavabdeh şəxslərə məlumat verilməsi. Nəqliyyat vasitələrinin tərəzi platformasına düzgün və təhlükəsiz daxil olmasına nəzarət edilməsi. Tərəzi avadanlıqlarının təmiz, işlək və saz vəziyyətdə saxlanılması.

Tələblər

  • Ali təhsil arzuolunandır. Logistika, anbar, kənd təsərrüfatı və ya istehsalat sahəsində tərəzi operatoru, kimi iş təcrübəsi (üstünlükdür). MS Office (xüsusilə MS Excel) proqramlarında sərbəst işləmək bacarığı. Yüksək diqqət və dəqiqlik: Rəqəmlərlə və çəki göstəriciləri ilə işləyərkən səhvsiz çalışmaq qabiliyyəti. Dürüstlük və məsuliyyət: Maddi məsuliyyət daşımaq bacarığı və obyektivlik. İntizamlılıq:Növbəli iş qrafikinə və daxili intizam qaydalarına riayət etmək. Stresə davamlılıq:Yük axınının intensiv olduğu saatlarda çevik və nəzakətli davranmaq.
Geri