Vakansiyalar
"H

Uçuşlar üzrə analitik / Flight Analyst / Revenue Management Department

"Azərbaycan Hava Yolları" QSC

Təsvir

Gündəlik, həftəlik və aylıq uçuş performansını izləyərək gəlir imkanlarını və risklərini müəyyən etmək; Marşrutların rentabelliyini qiymətləndirmək üçün doluluq faizi, gəlirlik və hər oturacaq-kilometr üzrə gəlir (RASK) göstəricilərini izləmək; Menecment üçün müntəzəm performans hesabatları hazırlamaq, analitik nəticələr və tövsiyələr təqdim etmək; Gəlirliliyi və bazar payını artırmaq üçün qiymət strategiyalarını tətbiq etmək və zərurət olduqda tənzimləmək; RM O&D sistemində tarif siniflərini və oturacaq inventarını idarə edərək, O&D tələbinə əsasən seqment məhdudiyyətlərini optimallaşdırmaq; Tələb proqnozlaşdırmasını aparmaq və müxtəlif rezervasiya sinifləri üzrə oturacaq bölgüsünü optimallaşdırmaq; Tarixi məlumatlar, rezervasiya nümunələri və mövsümi dəyişikliklər əsasında overbooking səviyyələrini tənzimləmək; Tələb səviyyələrinin qeyri-proporsional olduğu hallarda tələb komandası ilə birgə işləyərək load factor zəifliyinin qarşısını almaq və spoilage riskini azaltmaq; Eyni zamanda, spillage hallarının qarşısını almaq üçün bazar reaksiyasına əsaslanan geribildirimlər vermək; Satış, Şəbəkə Planlaşdırması, Cədvəlləşdirmə, Qiymətləndirmə və Tələb komandaları ilə sıx əməkdaşlıq edərək qiymət və inventar strategiyalarını uzlaşdırmaq; Yeni marşrutların açılışı, uçuş cədvəllərinin dəyişiklikləri və tutum optimallaşdırılması üzrə analitik dəstək vermək; Overbooking hallarında Əməliyyatlar və Müştəri Xidmətləri komandaları ilə əlaqələndirməni təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali Revenue management sahəsində minimum 1-2 il iş təcrübəsi; Amadeus O&D, Sabre, PROS və ya oxşar Gəlir İdarəetmə Sistemlərindən istifadə edərək rezervasiya tendensiyalarını izləmək və strategiyaları optimallaşdırmaq. Excel, BI alətləri və analitik hesabat panelləri vasitəsilə məlumatların təhlilini aparmaq və qərar qəbuluna dəstək olmaq; Məlumatların dəqiqliyini təmin etmək və uçuşla bağlı hesabatların və verilənlər bazalarının aktuallığını qorumaq; Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; Təqdimat bacarıqlar Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı; Danışıqların aparılması bacarığı; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Dəyişikliklərə uyğunlaşmaq bacarığı; Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə); Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta). İş qrafiki: Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət) İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Geri