AB
Aparıcı mühəndis-Proqramçı (Proqramlaşdırma)
ATB Bank
Təsvir
İnternet Bankinq və Mobil Bankinq sistemlərinin fasiləsiz və effektiv fəaliyyətinin təmin edilməsi, mövcud funksionallıqların dəstəklənməsi və yaranan texniki problemlərin operativ şəkildə aradan qaldırılması; İnternet Bankinq və Mobil Bankinq platformaları üçün yeni funksionallıqların biznes tələblərinə uyğun olaraq layihələndirilməsi, hazırlanması, tətbiqi və mövcud sistemlərə inteqrasiyasının təmin edilməsi; Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icrası, daxili proseslərdə aktiv iştirak və komanda ilə effektiv əməkdaşlığın təmin edilməsi.
Requirements
- Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi, tətbiqi riyaziyyat və kibernetika sahələri üzrə üstünlük verilir); Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Java 8+ proqramlaşdırma dili üzrə dərin bilik və praktiki təcrübə; Spring texnologiyaları (Spring Core, Spring Boot, Spring Data, Spring JPA, Spring MVC, Spring Security) üzrə praktiki təcrübə; OOP və SOLID prinsiplərinin dərindən mənimsənilməsi, həmçinin Design Patterns üzrə biliklər; REST API və SOAP servislərinin hazırlanması və inteqrasiyası sahəsində təcrübə; Domain-Driven Design yanaşmaları üzrə biliklər; SQL verilənlər bazaları ilə iş təcrübəsi (Oracle Database və PL/SQL biliyi üstünlük hesab olunur); Clean Code prinsiplərinə uyğun kod yazmaq, mövcud (o cümlədən legacy) kodu oxumaq, anlamaq və refaktorinq etmək bacarığı; Unit və inteqrasiya testlərinin hazırlanması üzrə təcrübə (JUnit, Mockito); Git versiya nəzarət sistemi ilə işləmə bacarığı; Maven və/və ya Gradle alətləri ilə praktiki iş təcrübəsi; CI/CD, Kubernetes və Docker üzrə biliklərin olması arzuolunandır; Yüksək səviyyədə analitik düşüncə və problem həll etmə bacarığı; Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (ingilis və rus dili bilikləri üstünlükdür); Bank sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.