“AzalOil” YSM İdarəsi /Xüsusi Avtonəqliyyat Xidməti / Mexanik
Təsvir
Xüsusi avtomaşınlara və onların aqreqatlarına texniki xidmət göstərilməsini və təmir olunmasını təmin etmək; Ehtiyat hissələri, alət, avadanlıq və təmir materialları üçün tələbnamələri vaxtında tərtib etmək və onların qeydiyyatına, sərf olunmasına nəzarət etmək; İcra edilmiş texniki xidmət və təmir işlərinin qeydiyyatını aparmaq, xüsusi avtomaşınların texniki xidmətdən və təmirdən vaxtında çıxarılmasını təmin etmək; Sürücü heyətini xəttə çıxan zaman təlimatlandırmaq, xəttə çıxan və xəttdən qayıdan zaman xüsusi avtomaşınların yanacaq tanklarında YSM qalığını, spidometri və motosaat sayğaclarının göstəricilərini şəxsən yoxlamaq; Xüsusi avtomaşınları xəttə buraxmazdan əvvəl onların texniki vəziyyətini yoxlamaq, avtomaşınların nazaslığı haqqında yol vərəqəsi və formulyarlarda müvafiq qeydlər etmək; Xüsusi avtomaşınların istismarı və təmiri zamanı əməyin təhlükəsizliyi tələblərinə sürücü heyətinin riayət etməsinə ciddi nəzarət etmək.
Requirements
- Təhsil səviyyəsi: Ali (Bakalavr); Minimum 3 il iş təcrübəsi; BC kateqoriyalar üzrə sürücülük vəsiqəsi; Avtomobillərin təmiri sahahəsində geniş nəzəri bilik və praktiki təcrübəyə malik olmaqla yanaşı, avtomobilin hissə və konstruksiyası haqqında əsaslı məlumatlı olaması, eləcə də sükan mexanizimi, sürətlər qutusu, aparıcı körpü və qabaq-asqı mexanizimlərin təmiri üzrə peşəkar bilik və praktiki bacarıqlara malik olması; Problemi həll etmə, analitik düşünmə bacarığı; Komanda ilə işləmə bacarığı; Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; Danışıqların aparılması bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Təqdimat bacarıqları; Dəyişikliklərə uyğunlaşmaq bacarığı; Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək); Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yüksək). İş qrafiki: Növbəli Heydər Əliyev Beynəlxalq Hava Limanı