Vacancies
MA

Elektrik

Mətanət A Şirkətlər Qrupu

Təsvir

Zavodun fasiləsiz iş rejimini təmin etmək , yaranmış elektriki qüsurları vaxtında aradan qaldırmaq, işləyən elektrik avadanlıqlarına nəzarət etmək, Görülmüş işlər barəsində qeydlər aparmaq , elektik sxemlerini oxuya bilmək , avtomatika cihazları haqqında bilik və təcrübəyə malik olmalıdır. Elektik mühərrikləri və aparatları haqqında bilik və təcrübəyə malik olmalıdır. Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması, modul və komponent səviyyəsində təmiri; Zavodda olan elektrik, texniki avadanlığa və digər elektrik cihazlara xidmət göstərir, onların profilaktikasını və təmir işlərini görür; Avadanlığının iş şəraitini öyrənir, onun vaxtından tez köhnəlməsinin səbəblərini aşkar edir, elektrik enerjisi itkilərini araşdırır və aradan qaldırılması üçün tədbirlər görür; Elektrik avadanlıqların təmiri və quraşdırılması zamanı təhlükəsizlik texnikası qaydalarını bilməli və onlara ciddi riayət etməli; Avadanlıqların texniki servisi, profilaktik və plandanxaric təmirinin təşkili və həyata keçirilməsi; Bütün təmir işlərinin həyata keçirilməsi üçün zəruri materiallarla əlaqədar sifarişlərin verilməsində iştirak edir. İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; 6 günlük və ya növbəli iş rejimi;

Requirements

  • Ali Təhsil İşə planlı yanaşması Detallara diqqət yetirməli Fəal olması 1-3 il istehsal zavodlarında təcrübə Elektrik sahəsinə dair sertifikatlar Xırdalan və Masazır ərazisində yaşayanlara üstünlük verilir.
Back