Vacancies
AM

Elektrokar sürücüsü (Qusar)

AMOGROUP

Təsvir

Məhsulun bağlardan qəbulu, soyutma kameralarına və saxlanc bölmələrinə daxili daşınmasını həyata keçirmək; Çeşidlənmiş və qablaşdırılmış hazır məhsul paletlərini tərəziyə, pasportlaşdırmadan sonra isə anbara yerləşdirmək; Yükləri tələb olunan hündürlükdəki rəflərə (metal konstruksiyalara) dəqiqliklə qaldırmaq və ya endirmək; Satışa göndərilən məhsulların yük avtomobillərinə (TIR) yüklənməsi və daxil olan materialların boşaldılması işlərini icra etmək; Daşıma zamanı yükün stabilliyinə, poletlərin zədəsiz olmasına və çəngəllər üzərində bərabər paylanmasına nəzarət etmək; Yüklərin qəbulu və təhvilində tərəziyə çəkilməsini təmin etmək, müvafiq anbar sənədlərinin (yol vərəqəsi, yükləmə sənədi) düzgünlüyünə riayət etmək; İşə başlamazdan əvvəl texnikanın (əyləc, sükan, qaldırıcı mexanizm, təkərlər) vəziyyətini yoxlamaq, batareyaların elektrolit səviyyəsinə nəzarət etmək; Növbə bitdikdən sonra texnikanı təmizləmək, çəngəlləri endirib batareyanı şarj sahəsinə qoymaq.

Requirements

  • Orta təhsil 3 ildən çox İş təcrübəsi Sürücülük vəsiqəsi olmalı(traktor və digər mexaniki nəqliyyat) 6 günlük iş rejimi Qidalanma şirkət tərəfindən təmin olunur İş yeri Qusar, Ləgər Qışlaq Əmək haqqı 650 azn-dən başlayır.
Back