Vacancies
AC

Kateqoriyaların idarə edilməsi üzrə mütəxəssis

Avromed Company MMC

Təsvir

Tədarük planlamasında və məhsul portfelinin formalaşdırılmasında iştirak etmək, məhsulların anbarda və apteklərdə mövcudluğunu nəzarətdə saxlamaq; Yeni brendlərin və məhsulların lansmanı üzrə təkliflər hazırlamaq, təchizatçılar və tərəfdaşlarla danışıqlarda iştirak etmək; Aptek və distribütor portfeli üçün assortiment matrislərini hazırlamaq, dövriyyəni nəzarətdə saxlamaq və out-of-stock halları minimuma endirmək; Kateqoriya üzrə qiymət siyasətini – həm tədarük, həm pərakəndə səviyyədə – formalaşdırmaq, rəqabət mühiti, hədəf marja və brendin mövqeyini nəzərə almaq; Təchizatçılar və daxili marketinq departamenti ilə birlikdə marketinq fəaliyyətlərini hazırlamaq, promo-təqvimi tərtib etməkdə iştirak etmək; Aptek şəbəkəsində kampaniyaların həyata keçirilməsini təşkil etmək və nəzarət etmək, onların effektivliyini və satışlar ilə kateqoriyanın payına təsirini qiymətləndirmək; Ticarət nöqtələrində brendlərin düzgün təqdimatını, vizual görünüşünü və tanınmasını təmin etmək: Kateqoriyanın sinxron idarə olunması üçün tədarük, marketinq, logistika, əməliyyat idarəetməsi və sahə komandaları ilə əməkdaşlıq etmək; Satışlar, marja, dövriyyə, promo-effektivliyi və distribütor tədarük dinamikası üzrə analitik hesabatlar hazırlamaq; Apteklərdə çalışan əczaçılar və beauty-məsləhətçilərin kateqoriya məhsulları və əsas brendlər üzrə təlimində iştirak etmək.

Requirements

  • Ali təhsil (marketinq, iqtisadiyyat, menecment, əczaçılıq və ya əlaqəli sahələr üzrə); Beauty kateqoriyasında, FMCG və ya aptek pərakəndə satış sahəsində ən azı 1 il iş təcrübəsi; Kateqoriyaların idarə olunması prinsipləri və məhsul həyat dövrü haqqında biliklər; Assortimentin idarə olunması və tədarük planlamasında təcrübə; Satış və bazar analizi aparmaq bacarığı, əsas göstəriciləri izləmək və hesabatlar hazırlamaq; Promosiya və marketinq aksiyalarında iştirak təcrübəsi; Komanda daxilində əməkdaşlıq və daxili proseslərdə koordinasiya bacarığı; Analitik düşüncə, Excel və digər hesabat alətləri (poweBi,1c) üzrə bacarıq; Proaktivlik, məsuliyyət, nəticəyə yönəlik iş prinsipi; Rus və İngilis dillərində sərbəst danışıq/yazma bacarığı.
Back
AC
Kateqoriyaların idarə edilməsi üzrə mütəxəssis
Avromed Company MMC
Apply Now
Posted: 13 August 2026
Deadline: 13 September 2026
Country Azerbaijan
City Baku
Category Healthcare
Job type Full-time
Experience 1-2 il
Level Mütəxəssis
Source ID 44230942
Views 114

Detail.Share