Vacancies
AB

Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin Mütəxəssisi/ Aparıcı mütəxəssisi/ Baş mütəxəssisi

ATB Bank

Təsvir

Satış strukturlarından daxil olan korporativ müştəri müraciətlərinin təhlilinin aparılmasını və yekun rəyin hazırlanaraq təqdim edilməsini təmin etmək; Korporativ müştərilərin maliyyə və biznes fəaliyyətinin təhlilini həyata keçirmək, risklərin qiymətləndirilməsi üzrə əsaslandırılmış rəylər vermək; Təhlil proseslərinin təkmilləşdirilməsi məqsədilə yeni yanaşma və metodologiyaların tətbiqində iştirak etmək; Biznes proseslərinin optimallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirilməsində iştirak etmək; Struktur bölmənin fəaliyyət istiqamətləri üzrə kiçik işçilərin işinin koordinasiyasını həyata keçirmək, onların peşəkar inkişafına dəstək göstərmək; Təhlil prosesləri ilə bağlı daxili təlimlərin təşkili və keçirilməsində iştirak etmək; Fəaliyyət sahəsi üzrə qüvvədə olan qanunvericiliyin, normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri və təlimatlarının tətbiqini təmin etmək; Daxili siyasət, prosedur və qaydalara uyğun fəaliyyət göstərmək; Hesabatların hazırlanmasında, məlumatların təhlilində və qərar qəbuletmə prosesində iştirak etmək.

Requirements

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi; Yüksək ünsiyyətqurma, təqdimat və dinləmə bacarıqları; Operativ, məsuliyyətli və dəqiq işləmək qabiliyyəti; Analitik düşünmə və problemlərin həlli bacarığı; Komandada effektiv işləmək bacarığı; Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatların (ACCA F3 (Financial Accounting) və F7 (Financial Reporting), CFA və s.) olması üstünlükdür; Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir; Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı; Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini isə yaxşı səviyyədə bilmək; Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Back
AB
Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin Mütəxəssisi/ Aparıcı mütəxəssisi/ Baş mütəxəssisi
ATB Bank
Apply Now
Posted: 17 August 2026
Deadline: 16 September 2026
Company ATB Bank
Country Azerbaijan
City Baku
Job type Full-time
Experience 1-2 il
Level Mütəxəssis
Source ID 84292689
Views 95

Detail.Share