Vacancies
UK

Korporativ xidmətlər üzrə kiçik Mütəxəssis/Mütəxəssis

Unibank Kommersiya Bankı

Təsvir

Korporativ xidmətlər komandamıza peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz fərdi sahibkarlara və hüquqi şəxslərə bank xidmətlərinin göstərilməsində, korporativ müştəri bazasının genişləndirilməsində və yüksək xidmət keyfiyyətinin təmin edilməsində aktiv rol alacaqsınız. Vəzifə öhdəlikləri Fərdi sahibkarlar və hüquqi şəxslərə Bankın məhsul və xidmətləri üzrə peşəkar məsləhət vermək və satış prosesini həyata keçirmək Qanunvericiliyin və Bankın daxili prosedurlarının tələblərinə uyğun olaraq bütün növ bank hesablarının açılması, aparılması və bağlanılmasını təmin etmək Müştəriləri Bankın məhsul və xidmətləri barədə mütəmadi məlumatlandırmaq və yüksək xidmət keyfiyyətini təmin etmək Yeni korporativ müştərilərin cəlb edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması Mövcud korporativ müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi və onların ehtiyaclarına uyğun bank həllərinin təqdim edilməsi Satış hədəflərinin yerinə yetirilməsinə və müştəri məmnuniyyətinin artırılmasına töhfə vermək

Requirements

  • Maliyyə, iqtisadiyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil Təcrübəsi olmayan namizədlər (kiçik mütəxəssis səviyyəsi), eləcə də bank sektorunda, korporativ xidmətlər və ya satış sahəsində minimum 1–2 il iş təcrübəsi olan namizədlər (mütəxəssis səviyyəsi) müraciət edə bilərlər Müştərilərlə effektiv ünsiyyət qurmaq və uzunmüddətli əməkdaşlıq münasibətləri formalaşdırmaq bacarığı Rus dilini sərbəst bilmək, ingilis dili biliyi üstünlük hesab olunur MS Office proqramları (Word, Excel) üzrə yaxşı biliklər Analitik düşüncə, müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət Komandada səmərəli işləmək bacarığı Biz nə təklif edirik? Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı; Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi; Güclü komanda ruhu və müasir korporativ iş mühiti.
Back