Vacancies
UK

Kredit Riskləri Ehtiyatlanması və Analitikası üzrə Mütəxəssis

Unibank Kommersiya Bankı

Təsvir

Bankın kredit portfelinin mütəmadi təhlilinin aparılması; Kredit portfelinin risk göstəricilərini əks etdirən hesabatların (Vintage, FPD/SPD/TPD, miqrasiya matrisləri və s.) hazırlanması və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət edilməsi; Kredit riskləri üzrə göstəricilərin bankın müəyyən etdiyi risk limitlərinə uyğunluğuna nəzarət edilməsi; Kredit riskləri üzrə göstəricilərin proqnozlaşdırılması və planlaşdırılması; IFRS 9 tələblərinə uyğun ehtiyatların hesablanması; Prudensial ehtiyatların hesablanması və Mərkəzi Bankın müvafiq qaydaları üzrə biliklərin tətbiq edilməsi. Üstünlüklərimiz: Komanda daxilində bilik və təcrübə mübadiləsi, həmçinin peşəkar inkişaf imkanları; Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq imkanları; Peşəkar və dəstəkləyici komanda mühiti; Güclü korporativ mədəniyyət.

Requirements

  • Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; Excel, Toad və Oracle PL/SQL proqramları üzrə yüksək səviyyədə bilik; IFRS 9 hesabatlarının hazırlanması üzrə bilik və praktiki təcrübə; PD, EAD, LGD və ECL modellərinin qurulması və yenilənməsi üzrə biliklər arzuolunandır; Power BI üzrə biliklər arzuolunandır; Python və/və ya R proqramlaşdırma dilləri üzrə biliklər arzuolunandır; Statistik biliklər; Bank məhsulları haqqında geniş məlumat; Güclü məntiqi və analitik düşünmə qabiliyyəti; Böyük həcmli məlumat bazaları ilə işləmək və təqdimatlar hazırlamaq bacarığı; İngilis və rus dillərini bilmək arzuolunandır; Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür.
Back