Vacancies
PC

Mühasib(Şirvan şəhəri)

Prime Cotton

Təsvir

Mühasibat hesabının istehsal üzrə əməliyyatları (təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir; Lazımi sənədlər əsasında (anbar mədaxil qaiməsi) xammalın mədaxili, təqdim olunmuş istehsal planına uyğun olaraq (anbar məxaric qaiməsi) xammalın yerdəyişməsi və qalıq xammalın geri-anbara qaytarılmasını icra edir; Məhsulun istehsalı prosesində planlaşdırılmış istehsal normalarından kənarlaşmaların səbəbini aşkar etmək və bu əməliyyatlara gündəlik nəzarət edir; İstehsal sahəsinin hesabatı əsasında hazır məhsulun anbara (hazır məhsulun mədaxili qaiməsi) mədaxil olunması; Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir; Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır; Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir; Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Requirements

  • Ali təhsil; Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları; Analitik, liderlik, qərar qəbuletmə və məntiqi düşünmə bacarıqları; AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək; Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları; Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin, mühasibat hesabatlarının tərtibini bilmək, hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabatı sistemində əks olunma qaydalarını bilmək;
Back