Mühəndis /Uçuş icazələrinin və slotların idarəolunması şöbəsi
Təsvir
Müntəzəm və qeyri-müntəzəm uçuşlar üçün eniş, havaməkanından keçid icazəsi və digər zəruri uçuş icazələrinin vaxtında alınmasını təmin etmək; Xarici mülki aviasiya orqanları, hava limanları və slot koordinatorları ilə operativ əlaqələndirməni həyata keçirmək; Hava limanı slotlarının sorğularını hazırlamaq, onların alınmasını, dəyişdirilməsini, ləğvini və monitorinqini həyata keçirmək; Çarter və digər xüsusi təyinatlı uçuşların təşkili və əlaqələndirilməsini təmin etmək; Uçuş cədvəlində baş verən dəyişikliklərə uyğun olaraq uçuş icazələri və slotların operativ idarə olunmasını təmin etmək; Beynəlxalq aviasiya qaydalarına, və milli qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək; Uçuş icazələri, slotlar və çarter əməliyyatları üzrə uçotun aparılmasını və müvafiq hesabatların hazırlanmasını təmin etmək; Uçuş icazələrinin və hava limanı slotlarının təmin edilməsi məqsədilə şirkətin digər struktur bölmələri ilə koordinasiya və qarşılıqlı əlaqəni həyata keçirmək.
Requirements
- Təhsil səviyyəsi: Ali; Şəbəkə və cədvəl planlaşdırma sahəsində minimum 1-2 il iş təcrübəsi; Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; Təqdimat bacarıqları; Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı; Danışıqların aparılması bacarığı; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Dəyişikliklərə uyğunlaşmaq bacarığı; Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə); Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (yaxşı). İş qrafiki: Növbəli İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı