Planlaşdırma üzrə aparıcı mühəndis
Təsvir
Müqavilə əsasında layihə qrafikini hazırlamaq və yeniləmək; Layihə planı əsasında hər bir mərhələ üçün iş qrafikini və hədəf mərhələlərini təyin etmək; Layihə qrafikinə əsasən kritik fəaliyyətlərə nəzarət etmək; Həftəlik iş gedişatını izləmək və həftəlik/aylıq hesabatlar hazırlamaq; Layihə rəhbərlərinə və kommersiya rəhbərlərinə cari vəziyyət ilə bağlı məlumatların verilməsi; Cari vəziyyəti əks etdirən həftəlik/aylıq hesabatı hazırlamaq; Layihə rəhbərinə hazırkı işin gedişi barədə hesabat vermək, plan və faktiki irəliləyişlər arasında müqayisəni apararaq alternativ yanaşmaların işə təsirini təhlil etmək; Sahə iclaslarında və müzakirələrdə iştirak etmək; Tender üçün iş qrafiki, S-əyrisi və işçi heyətinin hərəkəti histoqramını hazırlamaq; Sahədən gələn hesabatların düzgünlüyünün yoxlamaq; Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi; Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi; Sahə səfərləri hesabatlarının hazırlanması; İkihəftəlik hesabatların hazırlanaraq layihə komandasına təqdim edilməsi; Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi; Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək; Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi; Master qrafik üzrə işçi resursların layihə rəhbəri ilə birgə təyin olunması; Məhsuldarlıq və adam sayı analizlərin hazırlanması, görüləcək işlər üçün resurs və vaxt sərfiyyatı cədvəlinin hazırlanması; Nəticələr və mümkün təsirlər barədə bir başa və funksional rəhbərə məlumat vermək; Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək.
Requirements
- Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil; İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili - səlis, İngilisi dili – yaxşı: Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project.