Stok dəqiqliyinə nəzarət mütəxəssisi
Təsvir
Mağaza inventarını fiziki və sistem qeydləri ilə müqayisə etməklə müntəzəm inventar yoxlamaları aparmaq. İnventar uyğunsuzluqlarını, itkilərini və ya artıqlıqlarını araşdırmaq və səbəblərini müəyyən etmək. Stok dəqiqliyi məlumatlarını təhlil etmək və idarəetməyə hesabatlar təqdim etmək. Satış nöqtəsi (POS) sistemlərində stok səviyyələrinin dəqiq əks olunmasını təmin etmək. Anbar və satış məkanında məhsulların düzgün etiketlənməsi və yerləşdirilməsi prosesinə nəzarət etmək. Qəbul, inventarlaşdırma və satış proseslərində səhvləri azaltmaq üçün prosedurları təkmilləşdirmək. İnventar idarəetmə sistemləri ilə bağlı problemləri həll etmək və lazım olduqda texniki dəstək ilə əlaqə saxlamaq. Mağaza işçiləri ilə stok dəqiqliyi prosedurları və ən yaxşı təcrübələr üzrə təlim keçmək. Müvəqqəti və ya sezonluq mallar üçün inventar planlarını həyata keçirmək və monitorinq etmək. Təchizat zənciri və anbar komandaları ilə əməkdaşlıq edərək məlumatların dəqiqliyini yoxlamaq. Qrafik: 5 günlük iş həftəsi; İş saatları: 09:00 – 18:00;
Requirements
- Ali təhsil: (Logistika, Təchizat Zənciri, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ) Pərakəndə satış, anbar, logistika və ya inventar idarəetməsi sahəsində minimum 1 il iş təcrübəsi; MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək; ERP, WMS, SAP, POS və ya digər inventar idarəetmə sistemləri ilə işləmə təcrübəsi üstünlükdür; Analitik düşünmə və məlumatları təhlil etmə bacarığı; Rəqəmlərlə işləmək, hesabat hazırlamaq və problemləri operativ həll etmək bacarığı; Dəqiqlik, məsuliyyətlilik və detallara yüksək diqqət; Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; İnventarlaşdırma və stok sayımı metodologiyaları üzrə bilik. Mağazalarda inventar yoxlamaları aparmaq imkanı (Gündüz)