Vacancies
OM

Təşkilati İnkişaf üzrə Bölmə müdiri

OBA Market MMC

Təsvir

Təşkilati inkişaf layihələrini hazırlamaq və həyata keçirmək; Təşkilati strukturu və ştatı təhlil etmək, optimallaşdırmaq və dəyişiklikləri koordinasiya etmək; Yeni struktur və funksional dəyişikliklər üzrə təkliflər hazırlamaq; Vəzifə təsvirlərini hazırlamaq, yeniləmək və standartlaşdırmaq; Biznes proseslərini təhlil etmək və təkmilləşdirmək; Change Management və Workforce Planning proseslərini koordinasiya etmək; Təşkilati inkişaf üzrə siyasət, prosedur və metodologiyalar hazırlamaq və yeniləmək; HR və təşkilati inkişaf layihələrini planlaşdırmaq, icra etmək və monitorinqini aparmaq; HR sistemlərinin rəqəmsallaşdırılması və tətbiqi layihələrində iştirak etmək; Benchmark araşdırmaları aparmaq və qabaqcıl təcrübələri təhlil etmək; Layihələrin nəticələrini ölçmək və effektivliyini qiymətləndirmək; Aidiyyəti struktur bölmələri ilə koordinasiyanı təmin etmək; Rəhbərlik üçün təqdimatlar, analitik arayışlar və hesabatlar hazırlamaq; Audit və yoxlamalar üçün tələb olunan məlumatları hazırlamaq; Təşkilati inkişaf üzrə əməkdaşlara metodoloji dəstək göstərmək. İş qrafiki: 5 gün, 09:00-18:00

Requirements

  • Ali: İnsan Resursları, Biznesin İdarəedilməsi, Menecment, İqtisadiyyat, Statistika, Riyaziyyat və ya digər uyğun ixtisas üzrə İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi; (Retail üzrə təcrübə üstünlükdür) Təşkilati İnkişaf və ya əlaqəli sahədə minimum 2 il rəhbər vəzifədə iş təcrübəsi. Təşkilati strukturun təhlili və optimallaşdırılması üzrə biliklər; Biznes proseslərinin təhlili və təkmilləşdirilməsi üzrə praktiki biliklər; Vəzifə təsvirlərinin hazırlanması və strukturlaşdırılması üzrə təcrübə; Change Management və Workforce Planning üzrə nəzəri biliklər; Layihələrin idarə olunması və koordinasiyası bacarığı; MS Office proqramları xüsusi ilə Excel yüksək səviyyədə Power BI, Visio və ya digər analitik/proses idarəetmə alətləri üzrə praktika Güclü kommunikasiya və koordinasiya bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük; Detallara diqqət və yüksək analitik düşüncə; Bir neçə layihəni paralel idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
Back