Vacancies
PR

Tikinti Meneceri

PASHA Real Estate Group

Təsvir

· Layihənin bütün mərhələlərində müştəri/investor nümayəndəsi kimi çıxış etmək və əsas qərarları qəbul etmək. · Layihələrin həcmi, vaxtı, dəyəri və keyfiyyət tələblərinə uyğun şəkildə tam icrasına ümumi məsuliyyət daşımaq. · Müşavirləri, podratçıları və digər tərəfləri idarə etmək və əlaqələndirmək. · Layihə ilə bağlı Müşavirlərdən, Podratçılardan və digər tərəfdaşlardan daxil olan məktublara və yazışmalara cavab vermək. · Dizayn İdarəetməsi mərhələsində Dizayn Komandasına dəstək vermək. · Satınalmalar, müqavilə strategiyası, dəyər və xərclərin idarə edilməsi, tenderin hazırlanması və büdcələşmə məsələlərində Kommersiya Komandasına dəstək göstərmək. · Layihə ilə bağlı yerli icazələr və digər hüquqi sənədlərin alınması üçün təşkilatın Hüquq Komandası ilə əlaqəli işləmək. · Layihənin büdcə, vaxt, keyfiyyət, sağlamlıq və təhlükəsizlik, dizayn statusu üzrə həftəlik və aylıq hesabatlarını hazırlamaq, risk və düzəldici tədbirlər planı təklif etmək. · Layihə İdarəetmə Şirkətləri (PMC-lər), podratçılar, müşavirlər və digər maraqlı tərəflərlə irəliləyiş iclaslarında iştirak etmək. · Layihə Direktoru / Layihə Menecerinə hesabat verəcək.

Requirements

  • Mülki/İnşaat Mühəndisliyi və ya Memarlıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi. · Otellər, yaşayış binaları və ya iri mixed-use layihələr üzrə güclü portfelə malik minimum 7 illik iş təcrübəsi. · Multimədəniyyətli komandalar və beynəlxalq dizayn standartlarını əhatə edən layihələrdə ən azı 2 illik beynəlxalq iş təcrübəsi. · Yerli tikinti qaydaları və plan təsdiqi prosedurları barədə biliklər. · Əla ünsiyyət, əlaqələndirmə və təqdimat bacarıqları. · LEED və ya bənzər davamlılıq sertifikatına malik olmaq üstünlükdür.
Back