Xərclər üzrə nəzarətçi (Cost Controller)
Təsvir
Maya Dəyəri və Kalkulyasiya: Restoran, bar və banket menyularının kalkulyasiya vərəqələrini (recipe cost sheets) hazırlamaq, vaxtaşırı yoxlamaq və yeniləmək; faktiki və standart maya dəyəri arasındakı fərqləri müəyyənləşdirmək. Menyu Mühəndisliyi (Menu Engineering): Menyu qiymətlərinin rentabelliyini, satış həcmini və marjalılığını təhlil edərək F&B komandası ilə birlikdə qiymət siyasəti və porsiya optimallaşdırılması təklifləri vermək. İnventarizasiya və Sayım: Bütün anbarlar (F&B, təsərrüfat/housekeeping, texniki, minibar) üzrə aylıq və dövri fiziki sayımları təşkil etmək, sistem qalığı ilə tutuşduraraq yayınmaları (variance analysis) araşdırmaq. Mal Qəbulu və Saxlama Auditi: Tədarük olunan malların keyfiyyət, miqdar və qiymət baxımından satınalma sifarişlərinə (PO) uyğunluğunu, habelə saxlama şəraitini (FIFO qaydaları, temperatur rejimi) mütəmadi yoxlamaq. İtkilər və İsrafın Nəzarəti: Mətbəx və barlarda silinmə (spoilage), zay (waste) və sınaq (tasting) aktlarının düzgünlüyünü təhlil etmək, şöbələrarası transferləri izləmək. Sistem İnteqrasiyası və Uyğunluq: Kassa (POS), anbar (Material Control/1C) və idarəetmə sistemləri arasındakı məlumat axınının düzgünlüyünü, satışların anbar silinmələri ilə üst-üstə düşməsini təmin etmək. Maliyyə Hesabatlılığı: Gündəlik və aylıq Food & Beverage Cost, Dead Stock (hərəkətsiz mallar), Potensial İtki və Faktiki-Standart fərq hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim etmək.
Requirements
- Təhsil: Maliyyə, İqtisadiyyat, Mühasibatlıq, Menecment və ya Turizm idarəetməsi sahəsində ali təhsil. İş təcrübəsi: Otelçilik və ya genişmiqyaslı restoran/F&B sektorunda Cost Controller və ya Cost Auditor kimi minimum 2-3 il iş təcrübəsi. Proqram bilikləri: Otel və anbar idarəetmə sistemlərində (Micros/Symphony/Material Control (MC)/1C/Iscala və s.) sərbəst işləmək bacarığı. MS Excel bacarıqları: Qabaqcıl səviyyədə MS Excel (VLOOKUP/XLOOKUP, Pivot Tables, SUMIFS, xərc modelləşdirməsi). Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı / işgüzar səviyyədə, beynəlxalq hesabatlılıq üçün). Diqqətlilik və dəqiqlik Güclü zaman idarəetməsi və verilən tapşırıqları vaxtında icra etmə bacarığı Komanda daxilində effektiv ünsiyyət İş yeri: Hilton Garden Inn Baku, Sarabski küçəsi 657