Vacancies
"H

Yerüstü Xidmət İdarəsi/Hava Gəmisinin yerüstü xidməti üzrə kiçik mütəxəssis

"Azərbaycan Hava Yolları" QSC

Təsvir

Hava gəmisinə yerüstü xidmət proseslərinin təsdiq edilmiş prosedurlara uyğun icrasına nəzarət etmək; Perron ərazisində yerüstü xidmət proseslərini operativ şəkildə koordinasiya etmək; Turnaround prosesinin vaxtında və düzgün icrasını təmin etmək; Yerüstü xidmət heyətinin fəaliyyətini əlaqələndirmək və əməliyyat intizamına nəzarət etmək; Potensial gecikmələri və əməliyyat risklərini vaxtında müəyyən etmək və müvafiq tədbirlər görmək; Qeyri-standart hallarda operativ tədbirlər həyata keçirmək və aidiyyəti struktur bölmələri məlumatlandırmaq; Perron avadanlıqlarının və texniki vasitələrin düzgün və səmərəli istifadəsinə nəzarət etmək; Əməkdaşların təhlükəsizlik və daxili prosedur tələblərinə riayət etməsini təmin etmək; Yerüstü xidmət zamanı aşkar olunan problemlərin operativ həllini və aidiyyəti tərəflərlə koordinasiyanı təmin etmək; Yerüstü xidmət proseslərinin keyfiyyət və səmərəliliyinə nəzarət etmək; Görülən işlər və qeyri-standart hallar barədə rəhbərliyə müvafiq məlumatları təqdim etmək.

Requirements

  • Ali təhsil bakalavr dərəcəsi; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Aviasiya, yerüstü xidmət və ya nəqliyyat sahəsində iş təcrübəsi üstünlükdür; İngilis dili səlis, Rus dili arzuolunandır; MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı; Yerüstü xidmət və turnaround prosesləri haqqında ümumi bilik; Aviasiya və əməliyyat təhlükəsizliyi tələbləri barədə məlumatlılıq; Güclü ünsiyyət və koordinasiya bacarığı; Danışıqlar aparmaq və effektiv əməkdaşlıq etmək bacarığı; Operativ qərarvermə və problem həll etmə bacarığı; Komandada işləmək bacarığı; Dəyişikliklərə və gözlənilməz vəziyyətlərə çevik uyğunlaşmaq bacarığı; Stressli və dinamik iş mühitində işləmək bacarığı; Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək iş intizamı; Növbəli iş rejimində işləməyə hazır olmaq. İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı İş rejimi: Növbəli
Back