Yerüstü Xidmət İdarəsi/Terminalda sərnişin xidməti üzrə supervayzer
Təsvir
Terminalda sərnişin xidmətlərinin müəyyən edilmiş prosedur və xidmət standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək; Qeydiyyat prosesinin uçuş cədvəlinə uyğun vaxtında açılıb-bağlanmasını və prosesin düzgün təşkilini təmin etmək; Sərnişin xidmətləri üzrə gündəlik əməliyyat proseslərini koordinasiya etmək; Qeyri-standart hallarda, o cümlədən overbooking, gecikmə, reys ləğvi və rerouting zamanı sərnişinlərin vaxtında və düzgün məlumatlandırılmasını təmin etmək; Qeyri-standart hallarda sərnişinlərə göstərilən müvafiq xidmətlərin müəyyən edilmiş prosedurlara uyğun təşkilinə nəzarət etmək; Xüsusi kateqoriyalı sərnişinlərə göstərilən xidmətlərin prosedurlara uyğun və keyfiyyətli təşkilinə nəzarət etmək; OCC, növbə rəisi, təhlükəsizlik, sərhəd xidməti və digər aidiyyəti qurumlarla operativ koordinasiyanı təmin etmək; Terminalda sərnişin axınının və xidmət proseslərinin səmərəli idarə olunmasına nəzarət etmək; Xidmət zamanı yaranan nöqsanları və problemləri müəyyən etmək, onların operativ həlli üçün müvafiq tədbirlər görmək; Aşkar edilmiş nöqsanlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq və xidmət keyfiyyətinin artırılması üzrə təkliflər vermək; Sərnişin məmnuniyyətinin və yüksək xidmət keyfiyyətinin təmin edilməsinə nəzarət etmək.
Requirements
- Ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Aviasiya, hava limanı, sərnişin xidmətləri və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür; İngilis dili səlis, Rus dili arzuolunandır; MS Word, MS Excel və MS Outlook proqramlarında işləmək bacarığı; Sərnişin xidmətləri və hava limanı əməliyyatları haqqında bilik; Qeydiyyat, boarding və sərnişin xidmətləri prosesləri barədə anlayış; Qeyri-standart və stressli vəziyyətlərdə operativ qərarvermə bacarığı; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Problem həll etmə və operativ qərarvermə bacarığı; Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı; Dəyişikliklərə və gözlənilməz vəziyyətlərə çevik uyğunlaşmaq bacarığı; Sərnişinyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti; Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək iş intizamı; Növbəli iş rejimində işləməyə hazır olmaq. İş yeri: Heydər Əliyev adın Beynəlxalq Hava Limanı İş rejimi: Növbəli