Вакансии
MA

Anbardar - 1C Operatoru (Qaradağ ərazisi)

Mətanət A Şirkətlər Qrupu

Təsvir

Hazır məhsulların qəbulu, uçotu və düzgün yerləşdirilməsini təmin etmək. Məhsulların sənədlərə uyğunluğunu (miqdar və keyfiyyət baxımından) yoxlamaq. Məhsulların anbarda qruplaşdırılmasını və təhlükəsizlik qaydalarına uyğun şəkildə saxlanılmasını təşkil etmək. Müəyyən edilmiş sifarişlərə əsasən məhsulların yüklənməsi və təhvil-təslimi prosesində iştirak etmək. Gündəlik məhsul hərəkətinin qeydiyyatını aparmaq (giriş, çıxış, qalıq miqdar). Sənədlərin (qaimələr, aktlar, fakturalar və s.) düzgün və vaxtında tərtib olunmasına nəzarət etmək. Anbarda təmizlik, nizam-intizam, məhsulların salamatlığını qorumaq və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək. Məhsulların saxlanma şəraitinə nəzarət etmək (rütubət, temperatur və s.). Müəyyən edilmiş dövrlərdə inventarizasiya prosesində iştirak etmək. Rəhbərliyə anbar qalığı, zədələnmiş, yararsız, vaxtı bitməsinə az qalan məhsullar və digər problemlər barədə məlumat vermək. Yükləmə-boşaltma işlərinin təşkili və nəqliyyat vasitələrinin düzgün yüklənməsinə nəzarət etmək. Yükləmə və boşaltma işləri zamanı texniki təhlükəsizlik qaydalarına əməl etmək. Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Требования

  • Təhsil: Ali və ya orta təhsil; İş təcrübəsi: Minimum 3 il; Kompüter bilikləri: MS Office bilikləri, 1C 8.3 və digər anbar proqramları; ERP sertifikatı arzuolunandır; İş şəraiti; İş saatları: 08:00 - 17:00; İş qrafiki: 6 gün, 1 gün istirahət; İş yeri: Qaradağ Hazır Məhsul Anbarı. Biz nə təklif edirik: Əmək haqqı (Razılaşma yolu ilə); Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Назад