Вакансии
PP

Aparıcı geodeziya mühəndisi

PMD Projects MMC

Təsvir

Layihələrin ilkin mərhələlərində, detallı axtarış və kəşfiyyat etmək, sahə analizləri aparmaq; Çöl ölçmə və kameral emal işlərin planlaşdırılması, normativ sənədlərin tətbiq olunması və onların tələblərinə riayət olunması; Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin monitorinqinin aparılması (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi); Mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsində iştirak etmək; Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək; İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək; Təhkim edilmiş köməkçi heyətin işlərinin təşkil və koordinasiya edilməsi; Zəruri hesabatların hazırlanmasını təmin etmək; Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək; Layihənin tender prosesinə (geodeziya ilə əlaqədar) texniki dəstək göstərmək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;

Требования

  • Ali təhsil: Geodeziya mühəndisliyi üzrə ali təhsil ; İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – orta; Kompüter bilikləri: MS Office, AutoCAD, AutoCAD Civil 3D; Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
Назад