“AzalOil” YSM İdarəsi / Aviasiya təhlükəsizliyi üzrə mühəndis
Təsvir
Aviasiya təhlükəsizliyi və keyfiyyətin idarə olunması sahəsində normativ-hüquqi sənədləri, ISO 9000 standartlarını və texniki tənzimləmə prinsiplərini praktik fəaliyyətdə tətbiq etmək, təhlükəsizlik sisteminin effektivliyini təmin etmək; Aviasiya təhlükəsizliyi üzrə keyfiyyətə nəzarət proqram və prosedurlarını hazırlamaq və tətbiq etmək, idarə daxilində audit, inspeksiya və monitorinqləri həyata keçirmək; Yoxlamalar və monitorinqlər nəticəsində aşkar edilmiş pozuntular və uyğunsuzluqlar üzrə araşdırmalar aparmaq, statistik və analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; İdarənin Aviasiya Təhlükəsizlik Proqramının hazırlanmasını, yenilənməsini və icrasını təmin etmək, proqramdan irəli gələn tələblərin yerinə yetirilməsini əlaqələndirmək; İdarə əməkdaşlarının buraxılış vəsiqələrinin, xüsusi icazələrin və giriş-çıxış rejiminin təşkilini həyata keçirmək, buraxılışların vaxtında yenilənməsini və operativ rəsmiləşdirilməsini təmin etmək; Şöbə və struktur bölmələrdən gündəlik təhlükəsizlik məlumatlarının toplanmasını təşkil etmək, işə giriş-çıxış vaxtlarının uçotunu aparmaq və müvafiq hesabatları hazırlamaq; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, personalın təlimatlandırılmasını və bilik səviyyəsinin qiymətləndirilməsini həyata keçirmək.
Требования
- Təhsil səviyyəsi: Ali (Bakalavr); Minimum 3 il iş təcrübəsi; Problemi həll etmə, analitik düşünmə bacarığı; Komanda ilə işləmə bacarığı; Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; Danışıqların aparılması bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Təqdimat bacarıqları; Dəyişikliklərə uyğunlaşmaq bacarığı; Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək); Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı). İş qrafiki: Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət) Heydər Əliyev Beynəlxalq Hava Limanı