Вакансии
MA

Beynəlxalq reytinqlər üzrə mütəxəssis

Milli Aviasiya Akademiyası

Təsvir

Beynəlxalq reytinqlərdə Akademiyanın iştirakının və reytinq prosesləri üzrə işlərin koordinasiyasını təmin etmək (QS, THE, ARWU və digər) Reytinq təşkilatlarının metodologiyalarını və qiymətləndirmə meyarlarını təhlil etmək, nəticələrə uyğun təkmilləşdirmə tədbirləri hazırlamaq Reytinq göstəriciləri üzrə məlumatların struktur bölmələrdən toplanmasını, yoxlanılmasını, sistemləşdirilməsini və vaxtında təqdim edilməsini təmin etmək Akademiyanın performans göstəricilərinin (KPI) monitorinqini və təhlilini aparmaq Reytinq nəticələrini təhlil etmək, rəhbərlik üçün analitik məlumat və hesabatlar hazırlamaq Reytinq mövqelərinin yaxşılaşdırılması istiqamətində fəaliyyət planlarının hazırlanmasında iştirak etmək və icrasını koordinasiya etmək Beynəlxalq reytinq platformalarında Akademiyanın profil və məlumatlarının aktuallığını və düzgünlüyünü təmin etmək Müvafiq struktur bölmələrlə effektiv əməkdaşlıq və məlumat mübadiləsini təmin etmək Vəzifə üzrə sənədlərin, məlumatların və hesabatların düzgün, vaxtında və məxfilik tələblərinə uyğun hazırlanmasına cavabdeh olmaq

Требования

  • Ali təhsil (Menecment, iqtisadiyyat, statistika, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə) Dil biliyi: Azərbaycan - əla, ingilis dili - əla, rus - orta QS, THE, ARWU və digər beynəlxalq universitet reytinqlərinin metodologiyalarını və əsas qiymətləndirmə meyarlarını bilmək Ali təhsil müəssisələrinin beynəlxalq reytinq göstəricilərini və performans indikatorlarını (KPI) bilmək Məlumatların toplanması, sistemləşdirilməsi, təhlili və müqayisəli qiymətləndirilməsi üsullarını bilmək Analitik hesabatların və təqdimatların hazırlanması qaydalarını bilmək Beynəlxalq reytinq platformaları və məlumat bazaları ilə iş prinsiplərini bilmək Ali təhsil sahəsində müvafiq normativ-hüquqi tələbləri bilmək Məlumatların məxfiliyinin və informasiya təhlükəsizliyinin əsas prinsiplərini bilmək MS Office proqramlarını, xüsusilə Excel, Word və PowerPoint proqramlarında işləmək bacarığı
Назад