Вакансии
AB

Biznesin proseslərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

ATB Bank

Təsvir

Bankın əsas biznes proseslərinin “AS-IS” təsvirini (proses xəritələri, BPMN diaqramları) hazırlamaq; Mövcud proseslərdə boşluqları, təkrarlanan addımları və qeyri-səmərəli mərhələləri müəyyən etmək; “TO-BE” model təkliflərini hazırlamaq və proses sahibləri ilə razılaşdırmaq; Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması imkanlarını qiymətləndirmək, müvafiq departamentlərlə (İT, Əməliyyat) koordinasiya etmək; Yeni və ya yenilənən proseslər üzrə daxili prosedur və reqlamentlərin layihələrini hazırlamaq; Tətbiq olunan proses dəyişikliklərinin nəticələrini (vaxt, xərc, keyfiyyət göstəriciləri üzrə) izləmək və hesabatlılığı təmin etmək; Struktur bölmələrlə birgə proses təkmilləşdirmə layihələrinin icrasında iştirak etmək; Rüblük/illik BPM fəaliyyəti üzrə icmal materiallarını hazırlamaq.

Требования

  • İqtisadiyyat, biznes idarəetməsi, mühəndislik və ya İT üzrə ali təhsil; Bank və ya maliyyə sektorunda minimum 2–3 il müvafiq iş təcrübəsi, o cümlədən biznes proseslərinin təsviri və optimallaşdırılması sahəsində iş təcrübəsi; Proses modelləşdirmə metodologiyaları (BPMN 2.0) və müvafiq alətlərdə (məsələn, Bizagi, Visio, ARIS və ya oxşar) işləmə bacarığı; Proseslərin “AS-IS” və “TO-BE” təsviri, boşluqların (gap) analizi və təkmilləşdirmə təkliflərinin hazırlanması bacarığı; Lean, Six Sigma və ya digər proses təkmilləşdirmə metodologiyaları üzrə biliklər; sertifikatın olması üstünlükdür; RPA və proseslərin avtomatlaşdırılması imkanlarının qiymətləndirilməsi üzrə təcrübə arzuolunandır; Kross-funksional komandalarla işləmə və proses sahiblərinin (Process Owner) əlaqələndirilməsi bacarığı; Daxili normativ sənədlərin (prosedur, təlimat, reqlament) hazırlanması üzrə təcrübə; Güclü analitik düşüncə, təfərrüata diqqət və problem-həll etmə qabiliyyəti; Microsoft Excel, PowerPoint və Visio (və ya digər proses modelləşdirmə vasitəsi) proqramlarında yüksək səviyyədə işləmə bacarığı; Ünsiyyət və komandada işləmək bacarığı; İngilis dili biliyi mütləqdir.
Назад
AB
Biznesin proseslərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
ATB Bank
Откликнуться
Опубликовано: 17 августа 2026
Дедлайн: 16 сентября 2026
Компания ATB Bank
Страна Азербайджан
Город Баку
Опыт 1-2 il
Уровень Mütəxəssis
ID источника 91945087
Просмотры 139

Detail.Share