Вакансии
TG

Daxili nəzarət üzrə mütəxəssis

TABIA Group LLC

Təsvir

- Şirkət və ona tabe olan müəssisələrin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq və proseslərə nəzarət etmək; - İş prosesində baş vermiş neqativ halları aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək; - Şirkət daxili nizam intizam pozuntularına nəzarət etmək və intizam pozuntuları aşkarlandıqda sənədləşdirmək; - Şirkət və ona tabe olan müəssisələrdə proseslərin monitorinqində iştirak etmək; - Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərinin hazırlanmasında iştirak etmək və proseslərin mövcud qayda və siyasətlərin tələblərinə uyğunluğunu yoxlamaq; - Daxili proseslərin optimallaşdırılması və effektivləşdirilməsi üçün təkliflər vermək; - Cəmiyyətin proseslər üzrə risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində iştirak etmək; - Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını həyata keçirmək.

Требования

  • Maliyyə, Mühasibat uçotu və Audit və ya İqtisadiyyat üzrə ali təhsil. - Maliyyə, daxili nəzarət, gəlirlərə nəzarət (İncome auditor) və ya audit üzrə 1-3 il iş təcrübəsi; - Hoteldə iş təcrübəsi; - Mühasibat uçotu və hesabatlıq üzrə yüksək biliklər; - Hotel əməliyyatlari və riskləri barədə yüksək biliklər; - Mübahisə və problemlərlə qarşılaşan zaman yerində həll etmə bacarığı; - MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər); - İscala, Opera və digər PMS sistemləri üzrə bilik və bacarıqlar; - Biznes proseslərin təşkili və strukturu üzrə biliklər (xidmət və istehsalat sahəsi); - MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə; - ERP proqram təminatında işləmək bacarığı; - Azərbaycan dili – sərbəst; - Rus və ya ingilis dili – yaxşı səviyyədə;
Назад