Elektrik (Beyləqan filialı)
Təsvir
Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək; Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələri aşkar etmək və aradan qaldırmaq; Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərini sökmək, sazlamaq və xidməti üzrə işləri yerinə yetirmək; Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin etmək üçün olaraq bütün enerji təsərrüfatını yoxlamaq və gündəlik olaraq Baş energetikə məruzə etmək; Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat vermək; Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət etmək; Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət etmək, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq; Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin etmək; Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil etmək, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat vermək; Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra etmək; Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra etmək; Rəhbərliyin təyin etdiyi digər işləri icra etmək.
Требования
- Təcrübə : Elektrik olaraq minimum 1-3 il iş təcrübəsi. Texniki Bilikləri: Elektrotexnikanın əsaslarını; Elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini; Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını; Aşağı və yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını; Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını; Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini; Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları; Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini; Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilməlidir.