Вакансии
B"

İntensiv təqib üzrə mütəxəssis

BOKT "İDEAL KREDİT" MMC

Təsvir

·Gecikmiş kredit portfelini risk səviyyəsi, gecikmə müddəti və ödəniş davranışına əsasən təhlil və prioritetləşdirmək; ·Yüksək riskli və uzunmüddətli gecikmələr üzrə borcalanlarla mürəkkəb danışıqlar aparmaq və fərdi həll yolları formalaşdırmaq; ·Borcalanın ödəniş imkanlarını və davranışını qiymətləndirərək təqib yanaşmasını müəyyən etmək; ·Ödəniş vədlərinin icrasına nəzarət etmək, təkrar gecikmə və əlaqədən yayınma hallarına operativ müdaxilə etmək; ·Məhkəməyəqədərki mərhələ üçün tələb olunan sənədlərin hazırlanmasını təmin etmək və işi aidiyyəti struktur bölməsinə yönləndirmək; ·Portfel üzrə bərpa nəticələrini və əsas risk göstəricilərini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək; ·Problemli kreditlərin təqibi prosesinin effektivliyinin artırılması üzrə təkliflər vermək; ·Kiçik mütəxəssislərə mürəkkəb işlərin həllində metodiki dəstək göstərmək; ·Daxili prosedur və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərmək.

Требования

  • Ali təhsil arzuolunandır. Orta təhsilli, lakin problemli kreditlərin təqibi sahəsində güclü və nəticəyönümlü praktiki təcrübəsi olan namizədlərə də baxılır; ·Bank, BOKT, lizinq və ya digər maliyyə sahəsində problemli kreditlərin təqibi üzrə minimum 2 il təcrübə arzuolunandır; ·Problemli kredit portfeli və məhkəməyəqədərki təqib prosesləri üzrə praktiki bilik; ·Mürəkkəb danışıqlar, etirazların və münaqişələrin idarə edilməsi bacarığı; ·Analitik düşünmə və risklərin düzgün qiymətləndirilməsi bacarığı; ·MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmə bacarığı; ·Məsuliyyətlilik, təşəbbüskarlıq, stressə davamlılıq və nəticəyönümlülük. Üstünlük hesab olunur ·Problemli kreditlərin təqibi üzrə güclü praktiki nəticələr; ·Kredit və müştəri məlumatlarının idarə olunduğu sistemlərlə iş təcrübəsi; ·Excel-də məlumatların təhlili və ümumiləşdirilməsi üzrə əlavə bacarıqlar; ·Məhkəməyəqədərki sənədləşmə və hüquqi təqib prosesləri ilə praktiki tanışlıq; ·Kiçik əməkdaşlara metodiki dəstək göstərmək təcrübəsi.
Назад