İşə Qəbul və Əmək münasibətləri üzrə mütəxəssis
Təsvir
· HR məlumat bazalarının yaradılması, idarə edilməsi və mütəmadi yenilənməsi; · İşə qəbul, işdən azad edilmə, vəzifə dəyişiklikləri, ezamiyyət və digər HR prosesləri üzrə məlumatların sistemləşdirilməsi; · Excel, Power BI və digər analitik alətlər vasitəsilə dashboard və vizuallaşdırmaların hazırlanması; · İnsan resursları üzrə statistik hesabların hazırlanması təhlil edilməsi və rəhbərliyə təqdim edilməsi; · ESD (Elektron Sənəd Dövriyyəsi) sistemi vasitəsilə daxil olan vətəndaş müraciətlərinin qeydiyyatı, cavablandırılması və aidiyyəti üzrə yönləndirilməsi; · Xidməti məktubların qeydiyyatı, cavablandırılması və struktur bölmələrə yönləndirilməsi; · Yeni işə qəbul olunan əməkdaşların sənədlərinin və şəxsi işlərinin formalaşdırılmasında iştirak; · Kadr kargüzarlığına bağlı Əmək qanunvericiliyi uyğun sənədləşmə işlərini həyata keçirilməsi; · Xəstəlik vərəqələrinin izlənməsi və adiyyəti üzrə yönləndirilməsi; · İşçilərin şəxsi işlərinin yenilənməsi, sənədlərin arxivləşdirilməsi və məlumatların aktuallığının təmin edilməsi; · Dövlət sirri və məxfilik tələblərinə uyğun olaraq HR hesabatlarının hazırlanması və aidiyyəti struktur bölmələrə təqdim edilməsi; · Rəhbərliyin tapşırığına uyğun olaraq HR analitikası və hesabatlılığı ilə bağlı digər funksiyaların yerinə yetirilməsi.
Требования
- İnsan Resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə ali təhsil; · HR sahəsində və analitika istiqamətində minimum 2 il iş təcrübəsi şərtdir; · Əmək qanunvericiliyi və İnsan Resurslarının idarə olunması ilə əlaqədar digər normativ aktlar üzrə biliklərə sahib olması; · ERP proqramları ilə iş təcrübəsi; · Power BI və ya digər BI alətləri ilə işləmək bacarığı üstünlük hesab olunur; · Məlumatların təhlili və hesabatların hazırlanması üzrə analitik düşünmə qabiliyyəti; · Elektron sənəd dövriyyəsi sistemləri (ESD) ilə işləmə bacarığı üstünlükdür; · MS Office proqramlarını yaxşı səviyyədə bilmək; · Məsuliyyətlilik, dəqiqlik, məxfilik prinsiplərinə riayət etmə və yüksək təşkilatçılıq bacarığı; · Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı. · Zabrat, Sumqayıt və daha yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcək