Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (İplik istehsalı-Mingəçevir)
Təsvir
• Xammalın qəbulunu, lotlama prosesini və ilkin keyfiyyət göstəricilərinin yoxlanılmasını təmin etmək. • Mahlıc kiplərindən götürülən nümunələrin laborator analizlərinin təşkili və nəticələrinə nəzarət etmək. • Kiplərin açılması, didilməsi, təmizləmə və qarışdırılma mərhələlərində texnoloji parametrlərin keyfiyyət tələblərinə uyğunluğunu izləmək. • Daranma, paralelləşmə və əyrici mərhələlərində yarımfabrikat və ipliyin keyfiyyət göstəricilərini (bərabərlik, qüsur, möhkəmlik və s.) yoxlamaq. • Fiksaj və qablaşdırma mərhələlərində hazır məhsulun müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək. • Təsdiq olunmuş yoxlama və sınaq planına uyğun olaraq vizual müayinə və laborator analizlər aparmaq. • Uyğunsuzluqları müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması ilə bağlı təkliflər vermək. • Analiz nəticələrini təhlil etmək, müvafiq qeydiyyat və hesabat sənədlərini aparmaq. • Ölçmə və laborator avadanlıqlarının düzgün istismarı və texniki vəziyyətinə nəzarət etmək. • Şirkətin daxili prosedurlarına, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək. • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları icra etmək.
Требования
- Tekstil mühəndisliyi, texnologiya, kimya mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil. • İplik istehsalı və ya tekstil sənayesində minimum 1–2 il iş təcrübəsi. • Tekstil xammalının və ipliyin keyfiyyət göstəriciləri, təsnifat meyarları və texnoloji proseslər üzrə biliklər. • Laborator analiz metodları və ölçmə cihazları ilə işləmə bacarığı. • ISO 9001 və digər keyfiyyət idarəetmə standartları barədə məlumatlılıq. • MS Office proqramları ilə işləmə bacarığı. • Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik. • Komanda ilə işləmək və operativ qərarvermə bacarığı.