Вакансии
YB

KOB (SME) kreditləri üzrə aparıcı / baş mütəxəssis (Lənkaran filialı)

Yelo Bank ASC

Təsvir

Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması; Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması; Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi; Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək; Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak; Bankın məhsul xəttinin genişləndirilməsi, məhsul və xidmətlərin həcminin artırılması üçün biznes müştərilərin və onların əsas kontragentlərinin bank xidmətləri üzrə ehtiyaclarının təhlili və öyrənilməsi; Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması; Kreditin verilməsi barədə qərara təsir göstərən risk və digər neqativ amillərin qiymətləndirilməsi; Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq; Kredit Alanın gecikdirilmiş kreditləri üzrə maliyyə vəziyyətini və kreditin geri qaytarılma perspektivlərini müəyyənləşdirmək üçün monitorinqin həyata keçirilməsi; Kredit Alan tərəfindən kreditin geri qaytarılması öncədən razılaşdırılmış məbləğdə və müddətdə olmadığı təqdirdə, bu halın davam etməsi zamanı onu gələcəkdə gözləyəcək hüquqi məsələlərlə bağlı təlimatlandırmaq məqsədilə görüşün təşkili; Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi; Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək; Təsdiq olunmuş qaydada, digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə, kreditin verilməsi barədə qərar qəbul edilməsi üçün rəyin hazırlanması; Kreditin verilməsi haqqında qərar barəsində borcalanın məlumatlandırılması; Kredit portfeli üzrə zəruri hesabatların hazırlanması; Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icrası.

Требования

  • Ali təhsil; Bank sahəsində minimum 6 ay; Satış və təqdimat bacarıqları; Danışıqlar aparmaq və inandırmaq bacarığı; Kredit məhsulları üzrə ilkin biliklər; Yeni müştərilərin axtarışı və əlaqələrin idarə olunması bacarığı; Korporativ satış sahəsində təcrübə üstünlükdür; Maliyyə təhlili və biznes analizinə maraq; Komandada işləmək bacarığı.
Назад
YB
KOB (SME) kreditləri üzrə aparıcı / baş mütəxəssis (Lənkaran filialı)
Yelo Bank ASC
Откликнуться
Опубликовано: 11 августа 2026
Дедлайн: 10 сентября 2026
Компания Yelo Bank ASC
Страна Азербайджан
Город Лянкяран
Опыт 1-2 il
Уровень Mütəxəssis
ID источника 66016659
Просмотры 117

Detail.Share