Korporativ hüquq şöbəsinin müdiri
Təsvir
Şöbənin fəaliyyətinin təşkili, fəaliyyət planlarının hazırlanması və tapşırıqların vaxtında, keyfiyyətli icrasının təmin edilməsi; Şöbənin Agentliyin iclaslarında, tədbirlərində və işgüzar görüşlərdə təmsil edilməsi; İş bölgüsünün aparılması, tapşırıqların icra müddətlərinin müəyyən edilməsi, əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi və intizama nəzarət; Əməkdaşlara metodiki dəstəyin göstərilməsi, fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafının təmin edilməsi; Şöbənin və əməkdaşların peşəkarlığının artırılması üzrə inkişaf tədbirlərinin təşkili və təkliflərin hazırlanması; Agentliyin məhkəmələrdə hüquq və qanuni mənafelərinin müdafiəsi, prosessual sənədlərin və məhkəmə qərarlarının icrasının hüquqi təminatına nəzarət; Rəqəmsallaşma, innovasiya, mülki, maliyyə, vergi, əmək, dövlət satınalmaları və digər sahələr üzrə qanunvericiliyin təhlili, tətbiqinə nəzarət və hüquqi risklərin qiymətləndirilməsi; Dövlət və özəl qurumlarla hüquqi məsələlər üzrə əməkdaşlığın, işgüzar yazışmaların və hüquqi rəylərin hazırlanmasının təmin edilməsi; Korporativ hüquqi sənədlərin hazırlanması, ekspertizası, razılaşdırılması və sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması; Agentlik daxilində qanunvericiliyə və daxili normativ aktlara uyğunluq üzrə hüquqi dəstəyin göstərilməsi; Komissiya və işçi qruplarının fəaliyyətində iştirak edilməsi; Xidməti məlumatların, dövlət, kommersiya sirrinin və konfidensial məlumatların qorunmasının təmin edilməsi; Rəhbərlik tərəfindən verilən və fəaliyyət istiqamətinə uyğun digər tapşırıqların qanunvericiliyin tələblərinə uyğun icra edilməsi.
Требования
- Hüquq sahəsi üzrə ali təhsil; Hüquq sahəsində minimum 5 il iş stajı və minimum 2 il idarəçilik təcrübəsi; Azərbaycan Respublikasının əsas qanunvericilik aktlarını, o cümlədən Konstitusiya, Mülki, Əmək, Mülki Prosessual, İnzibati Xətalar, İnzibati Prosessual məcəllələri və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun əsaslarını bilmək; Azərbaycan dilində səlis hüquqi yazılı və şifahi ünsiyyət, İngilis dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Müvafiq normativ hüquqi aktlardan və təlimat-metodik sənədlərdən istifadə etmək bacarığı; Korporativ idarəetmə və etik davranış qaydaları üzrə biliklər; Korporativ hüquq və müqavilələrlə, o cümlədən müqavilə layihələrinin hazırlanması və hüquqi rəylərin verilməsi üzrə təcrübə; Yüksək idarəetmə, liderlik, təşkilatçılıq, təqdimat və komanda ilə işləmək bacarıqları; Hüquqi problemləri müəyyənləşdirmək, təhlil etmək və effektiv həll yolları hazırlamaq bacarığı; Analitik düşüncə, dəqiqlik və detallara diqqət; Yüksək hüquqi nitq və yazışma bacarığı; Danışıqlar aparmaq və effektiv qərar qəbul etmək bacarığı; Microsoft Office proqramlarından istifadə bacarığı; İşə yaradıcı və təşəbbüskar yanaşma, yeni ideyalar irəli sürmək və onları təşviq etmək bacarığı; İşgüzarlıq, məsuliyyətlilik və təşəbbüskarlıq.