Marketinq menecer/Olivia (Beauty and Care)
Təsvir
Mövcud marketinq strategiyası və biznes hədəflərinə uyğun marketinq fəaliyyətlərinin planlaşdırılması və icrasının təmin edilməsi; Marketinq kampaniyalarının və müxtəlif marketinq layihələrinin brief mərhələsindən yekun icraya qədər planlaşdırılması, koordinasiyası və nəticələrinin təhlili; Brendin əsas kommunikasiya mesajlarının sosial media, influencer, PR, mağazadaxili kommunikasiya, ATL, BTL və digər kanallarda düzgün və ardıcıl tətbiqinin təmin edilməsi; Mövcud kommunikasiya kanallarının və marketinq resurslarının layihənin məqsədinə uyğun dəyərləndirilməsi və effektiv istifadəsinin planlaşdırılması; Kontent, kreativ konsepsiya və kommunikasiya materiallarının hazırlanması prosesinin koordinasiyası, onların əsas məqsəd və mesajla uyğunluğuna nəzarət; Agentliklər, influencerlər, istehsalçılar və digər xarici tərəfdaşlarla işlərin koordinasiyası; Marketinq layihələrinin büdcə, vaxt, prioritet və keyfiyyət tələblərinə uyğun icrasının təmin edilməsi; Kampaniya və layihələrin nəticələrinin təhlili, uğurlu və zəif tərəflərin müəyyən edilməsi və növbəti fəaliyyətlər üçün təkliflərin hazırlanması; Bazar, rəqib və istehlakçı davranışlarının izlənilməsi və əldə olunan məlumatların marketinq fəaliyyətlərində nəzərə alınması; Şirkətin digər şöbələri ilə koordinasiyalı əməkdaşlığın təmin edilməsi.
Требования
- Ali təhsil (Marketinq, biznes idarəçiliyi, kommunikasiya və ya əlaqəli sahədə); Marketinq kommunikasiyası, kampaniya və ya marketinq layihələrinin idarə edilməsi üzrə minimum 3 il praktiki iş təcrübəsi; Marketinq və kommunikasiya kanalları, kontent və kreativ istehsal prosesləri haqqında yaxşı anlayış; Əsas məqsəd və prioritetləri müəyyən etmək, böyük mənzərəni görmək və bunu konkret icra planına çevirmək bacarığı; Güclü planlama, prioritetləşdirmə və layihə koordinasiyası bacarığı; Analitik düşüncə, nəticəyönümlülük və detallara diqqət; Eyni vaxtda bir neçə layihəni keyfiyyətli və vaxtında idarə etmək bacarığı; Güclü şifahi və yazılı kommunikasiya bacarıqları; Xarici dil biliyi olaraq rus və ingilis dili biliyi üstünlükdür.