Mexanika mühəndisi
Təsvir
Şirkətimiz mexaniki sistemlər üzrə layihələrin hazırlanması və icrasına nəzarət edəcək Mexanika mühəndisi axtarır. Namizəd layihə və texniki sənədlərin hazırlanmasında, sahə ölçülərinin götürülməsində və tikinti-quraşdırma işlərinin layihə tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak edəcək. Texniki və layihə sənədlərinin hazırlanmasında iştirak etmək; Dizayn əsasında layihələrin hazırlanmasına və icrasına nəzarət etmək; Tender sənədlərinin hazırlanmasında iştirak etmək; Tikinti sahəsinin mövcud vəziyyətini yoxlamaq və zəruri ölçüləri götürmək; İşlərə başlamazdan əvvəl Sifarişçi ilə layihə tələblərini müzakirə etmək; AutoCAD proqramında texniki çizimlərin hazırlanmasını həyata keçirmək; Təkliflərin və texniki tapşırıqların layihə tələblərinə uyğunluğunu yoxlamaq; BOQ və layihə hesabatlarının hazırlanmasında iştirak etmək; Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik hesabatlar hazırlamaq; Əmlaklarda icarəçilər tərəfindən həyata keçirilən tikinti-quraşdırma işlərinin müəyyən edilmiş standartlara və material tələblərinə uyğunluğuna nəzarət etmək.
Требования
- Mexanika mühəndisliyi və ya əlaqəli mühəndislik ixtisası üzrə ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Mexaniki sistemlər və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər; AutoCAD proqramında işləmək bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Texniki çizimləri oxuma və hazırlama bacarığı; BOQ və texniki sənədlərlə işləmək bacarığı; Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik; Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.