BS
Satınalma üzrə kiçik mütəxəssis
Baku Steel Company
Təsvir
Əsas vəzifə və məsuliyyətlər: İstehsalat, texniki xidmət, layihələr və əməliyyat fəaliyyətləri üzrə satınalma proseslərinə dəstək göstərmək; Təchizatçıların araşdırılması, təkliflərin analizi, qiymətləndirilməsi və satınalma sifarişlərinin idarə edilməsində iştirak etmək; Yerli və xarici təchizatçılarla əlaqələrin qurulması və saxlanılması; Kommersiya müqayisələri və təhlillərin aparılması; Sifarişlərin icrası və çatdırılma qrafiklərinin izlənilməsi; Satınalma sənədlərinin və hesabatlarının hazırlanması; Satınalma proseslərinin təkmilləşdirilməsi təşəbbüslərində iştirak etmək.
Требования
- Mühəndislik, Texniki Elmlər, İqtisadiyyat, Təchizat Zəncirinin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr təhsili; Azərbaycan dili – Ana dili səviyyəsində; Rus dili – Yüksək səviyyədə; İngilis dili – Minimum B1 səviyyəsində; Güclü analitik, məntiqi düşünmə və problem həll etmə bacarıqları; MS Excel və Microsoft Office proqramlarında işləmə bacarığı; Yüksək məsuliyyət, dürüstlük və öyrənməyə həvəs; Yeni məzunların müraciəti təşviq olunur; Təcrübə arzuolunandır. Təklif edirik: Strukturlaşdırılmış təlim və inkişaf proqramı; Təcrübəli satınalma mütəxəssislərinin mentorluğu; Sənaye və strateji satınalma sahəsində praktiki təcrübə; Uzunmüddətli karyera inkişaf imkanları; Performansa əsaslanan inkişaf imkanları.