SƏTƏM üzrə mühəndis (Mingəçevir)
Təsvir
İş şəraitinin yaxşılaşdırılması üzrə kompleks planların hazırlanmasını təşkil etmək; Sağlam və təhlükəsiz iş mühitinin yaradılması tədbirlərinə nəzarət etmək; Əməyin mühafizəsi üzrə norma, qayda və təlimatların icrasına nəzarət etmək; Səs-küy, titrəmə, toz, çirklənmə, işıqlanma, temperatur, nəmişlik və digər istehsalat faktorlarının ölçülməsini qrafikə uyğun aparılmasını təmin etmək; Aspirasiya və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etmək; Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətini yoxlamaq; İş yerlərində əməyin mühafizəsi üzrə təlimatların vaxtında və keyfiyyətli keçirilməsini təmin etmək; İşçilərin əməyin mühafizəsi dərslərinin təşkili, biliklərinin yoxlanılması və attestasiyasını həyata keçirmək; İnsidentləri araşdırmaq və hesabat tərtib etmək; Potensial təhlükələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək və onların səmərəliliyini qiymətləndirmək; Risklərin qiymətləndirilməsi və idarə olunması; Müəssisə prosedurlarını, təlimatlarını və texniki sənədləri oxuyub şərh etmək; Problemlərin həlli və metodologiyaların müqayisəli təhlilini aparmaq bacarığına malik olmaq.
Требования
- SƏTƏM mühəndisi üçün əsas tələblər: ISO 9001, ISO 45001:2018 və ISO 14001 standartlarına uyğun SƏTƏM biliklərinə malik olmaq, audit zamanı sənədlərlə işləmə bacarığı; İstehsalat, tikinti və quraşdırma işlərində risklərin qiymətləndirilməsi, təhlükəsizlik tələblərinə nəzarət və iş metodlarının təkmilləşdirilməsi; Avadanlıq, bina və qurğuların texniki vəziyyətinə nəzarət; Qəza və zədələnmə səbəblərinin analizi və qarşısının alınması tədbirlərinin hazırlanması; Nəticələrə nəzarət və iş keyfiyyətinin qiymətləndirilməsi; Təhsil və təcrübə: Ali texniki təhsil; SƏTƏM üzrə ISO standartlarına uyğun fəaliyyət göstərən şirkətdə minimum 3 il fasiləsiz iş təcrübəsi (beynəlxalq şirkət təcrübəsi üstünlükdür); Azərbaycan dilində əla, texniki səviyyədə ingilis dili biliyi üstünlükdür; Müvafiq sertifikatlar (IOSH, FHN, Hündürlükdə iş, İlk yardım, Yanğın təhlükəsizliyi və s.); Microsoft Office bilikləri; Əlavə biliklər: Ətraf mühitin, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə metodiki materiallar; Yerli və beynəlxalq qabaqcıl təcrübə; Potensial təhlükələrin qarşısının alınması, istehsalat sanitariyası, elektrik və qaz təhlükəsizliyi, fövqəladə hallar, yanğın təhlükəsizliyi; Torpaq, su və hava çirklənməsinin qarşısının alınması tədbirləri; Stressin idarə olunması, hesabat tərtibi, ilkin tibbi yardım; Səliqəli, diqqətli, müstəqil və komandada işləmə bacarığı; Üstünlük verilir: Şəxsi nəqliyyat vasitəsinin olması; İş əsasən regionlarda həyata keçirildiyi və filiallar üzrə mütəmadi səfərlər tələb olunduğu üçün səfər imkanının olması.