Təlim, inkişaf və daxili kommunikasiya üzrə mütəxəssis, aparıcı mütəxəssis
Təsvir
İllik təlim planının hazırlanması ilə bağlı prosesin təşkil edilməsi və plana uyğun və ya plandan kənar daxili,xarici təlim proseslərini təşkil etmək; Təlimlərdə iştirak edən işçilərin qeydiyyatını aparmaq və məlumat bazasını formalaşdırmaq və gərəkli hesabatları hazır etmək; Təlimlərdən sonra iştirakçılar üçün sertifikatlaşdırma prosesinin həyata keçirmək; Bankdaxili təlimçilər bazasını formalaşdırmaq və inkişaf etdirmək; Təlimçi və təlim qiymətləndirmə formalarını hazırlamaq və tətbiq etmək; Bankdan kənar seminar, form, konfrans və s. kimi inkişaf proqramlarında iştirak prosesini təşkil etmək; İllik İnsan Kapitalına aid korporativ tədbirlər planına uyğun proseslərin - xarici şirkətlərlə danışıqlar aparmaq, müvafiq müqavilələr bağlamaq, ödənişlərin təşkilini həyata keçirmək; İşçilərin qeyri-maddi motivasiyası üçün təkliflər vermək və həmin təkliflərin həyata keçirilməsini təmin etmək; İllik Kommunikasiya planının qurulması və müvafiq prosesləri icra etmək; Gündəlik bankdaxili məlumatların paylaşılması ilə bağlı zəruri prosesləri təşkil edərək, məlumatları müvafiq daxili kanalların effektivliyini analiz edərək paylaşmaq; İnsan Kapitalı proseslərinə aid müxtəlif sorğuları tərtib etmək və təşkil etmək.
Требования
- Bakalavr ali təhsili; Azərbaycan dilini-sərbəst, Rus və ya İngilis dilini mükəmməl bilməli; Oxşar sahədə 1-2 il iş təcrübəsi ; Yüksək kommunikasiya və təşkilatçılıq, təqdimetmə bacarığı; Kompüterdən yüksək səviyyədə istifadə etmək bacarığı (MS Office proqramları); Araşdırma və nəticə yönümlülük bacarığı.