Вакансии
AB

Testləşmə və keyfiyyətə nəzarət şöbəsində proqramçı-mühəndis ( QA engineer)

ATB Bank

Təsvir

Biznes və texniki tələbləri təhlil edərək test ssenariləri və test planları hazırlamaq; Yeni funksionallıqların və mövcud sistemlərdə həyata keçirilən dəyişikliklərin test edilməsini təmin etmək; Manual testlərin icrasını həyata keçirmək və nəticələrini sənədləşdirmək; Aşkarlanmış qüsurları (bug/defect) qeydiyyata almaq, izləmək və aradan qaldırılması prosesinə nəzarət etmək; Funksional, inteqrasiya, sistem və reqressiya testlərini icra etmək; API və verilənlər bazası səviyyəsində yoxlamalar aparmaq; Tərtibatçılar, biznes analitiklər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək; Test nəticələri üzrə müntəzəm hesabatlar hazırlamaq və təqdim etmək; Məhsulun keyfiyyət standartlarına və biznes tələblərinə uyğunluğunu təmin etmək; İstifadəçi Qəbul Testləri (UAT) prosesində iştirak etmək və müvafiq dəstək göstərmək; Test proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təkliflər vermək; Bank sistemlərinin etibarlılığı, təhlükəsizliyi və performansının yoxlanılması prosesində iştirak etmək; Layihə müddətlərinə uyğun olaraq test fəaliyyətlərini planlaşdırmaq və icra etmək.

Требования

  • Ali təhsil; QA mühəndisi və ya proqram təminatının test edilməsi sahəsində minimum 1–2 il iş təcrübəsi; Proqram təminatının hazırlanması və test edilməsi həyat dövrləri (SDLC və STLC) üzrə nəzəri və praktiki biliklər; Manual testlərin planlaşdırılması, hazırlanması və icrası sahəsində təcrübə; Test ssenarilərinin (Test Cases), test planlarının və test hesabatlarının hazırlanması bacarığı; Funksional, inteqrasiya, sistem, reqressiya (Regression) və istifadəçi qəbul testləri (UAT) üzrə təcrübə; Proqram təminatındakı qüsurların (defektlərin) aşkarlanması, sənədləşdirilməsi, prioritetləşdirilməsi və izlənilməsi üzrə bilik və təcrübə; SQL sorğularının yazılması və verilənlər bazaları ilə işləmək bacarığı; REST API-lərin test edilməsi üzrə bilik və təcrübə (Postman, Swagger və oxşar alətlər); Jira, Confluence və ya analoji layihə idarəetmə və sənədləşdirmə alətləri ilə işləmək təcrübəsi; Agile/Scrum metodologiyaları üzrə biliklər; Testlərin avtomatlaşdırılması sahəsində ilkin və ya praktiki təcrübə (Selenium, Cypress, Playwright və ya analoji alətlər) üstünlük hesab olunur; Bankçılıq, ödəniş sistemləri və ya maliyyə texnologiyaları (FinTech) sahəsində iş təcrübəsi üstünlükdür; Güclü analitik düşünmə, problem həll etmə və detallara yüksək diqqət bacarığı; Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dilində texniki sənədləri oxuyub-anlama səviyyəsində bilik.
Назад
AB
Testləşmə və keyfiyyətə nəzarət şöbəsində proqramçı-mühəndis ( QA engineer)
ATB Bank
Откликнуться
Опубликовано: 18 августа 2026
Дедлайн: 17 сентября 2026
Компания ATB Bank
Страна Азербайджан
Город Баку
Уровень Mütəxəssis
ID источника 17860723
Просмотры 132

Detail.Share