Вакансии
MA

Uçuş təhlükəsizliyinin idarəedilməsi sistemləri üzrə böyük mütəxəssis (SMS)

Milli Aviasiya Akademiyası

Təsvir

Təlim mərkəzinin ATO, FSTD və ATCO fəaliyyətləri üzrə Təhlükəsizliyin İdarəedilməsi Sisteminin (SMS) effektiv fəaliyyətinin təmin edilməsində iştirak etmək SMS-in ICAO standartları, EASA tələbləri və Azərbaycan Respublikasının müvafiq aviasiya qanunvericiliyinə və normativ tələblərinə uyğunluğunun təmin edilməsinə dəstək vermək Təhlükələrin (Hazard) müəyyən edilməsi, qeydiyyatı, təhlili və risklərin qiymətləndirilməsi proseslərini təşkil etmək və həyata keçirmək Təhlükəsizlik risklərinin qiymətləndirilməsi, risklərin azaldılması tədbirlərinin müəyyən edilməsi və onların effektivliyinin monitorinqində iştirak etmək Təhlükəsizlik göstəricilərinin (Safety Performance Indicators – SPIs) və təhlükəsizlik məqsədlərinin monitorinqində iştirak etmək Təhlükəsizlik üzrə məlumatların toplanması, təhlili və hesabatların hazırlanmasını təmin etmək Təhlükəsizlik hadisələri, insidentlər, uyğunsuzluqlar və digər safety-related məlumatların araşdırılmasında iştirak etmək Təhlükəsizlik hadisələrinin kök səbəblərinin (Root Cause) və sistemli faktorların müəyyən edilməsinə dəstək vermək Müvafiq hallarda düzəldici və qabaqlayıcı tədbirlərin (CAPA) hazırlanmasını, icrasını və effektivliyinin monitorinqini həyata keçirmək Safety Reporting System vasitəsilə daxil olan məlumatların təhlilini və izlənilməsini həyata keçirmək Təhlükəsizlik məlumatlarının məxfiliyinin və “Just Culture” prinsiplərinin qorunmasına riayət etmək ATO, FSTD və ATCO bölmələrində təhlükəsizliklə bağlı proseslərin monitorinqində iştirak etmək Təhlükəsizlik auditləri, inspeksiyalar, daxili qiymətləndirmələr və təhlükəsizlik sorğularının planlaşdırılması və həyata keçirilməsində iştirak etmək Audit və monitorinq nəticələri əsasında təhlükəsizlik risklərinin və tendensiyaların müəyyən edilməsinə dəstək vermək Təhlükəsizlik üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək Rəhbərliyə təhlükəsizlik göstəriciləri, əsas risklər, tendensiyalar və tələb olunan tədbirlər barədə məlumat təqdim etmək

Требования

  • Ali təhsil (aviasiya, hava nəqliyyatı, mühəndislik, təhlükəsizlik, idarəetmə və ya əlaqəli sahələr üzrə) ICAO və EASA-nın SMS və təhlükəsizlik idarəetməsi üzrə əsas tələblərini bilmək ATO, FSTD və ATCO təlim fəaliyyətləri üzrə təhlükəsizlik və uyğunluq tələblərini bilmək Təhlükələrin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və idarə edilməsi prinsiplərini bilmək Safety Performance, Safety Assurance və Safety Reporting prinsiplərini bilmək Hadisələrin araşdırılması, kök səbəb təhlili (Root Cause Analysis) və düzəldici tədbirlərin idarə edilməsini bilmək Just Culture, təhlükəsizlik mədəniyyəti və Management of Change (MoC) prinsiplərini bilmək Aviasiya sahəsində audit, Compliance Monitoring və təhlükəsizlik məlumatlarının təhlili prinsiplərini bilmək Azərbaycan Respublikasının aviasiya sahəsində müvafiq normativ-hüquqi tələblərini bilmək
Назад
MA
Uçuş təhlükəsizliyinin idarəedilməsi sistemləri üzrə böyük mütəxəssis (SMS)
Milli Aviasiya Akademiyası
Откликнуться
Опубликовано: 19 августа 2026
Дедлайн: 10 сентября 2026
Компания Milli Aviasiya Akademiyası
Страна Азербайджан
Город Баку
Категория Образование
Опыт 3-4 il
ID источника 52916635
Просмотры 93

Detail.Share